Xəbər lenti
Reklam
Məktəbin tualetinə kameralar quraşdırıldı - Valideynlər ayağa qalxıb

Rusiyada bir məktəbin valideynləri tualetə quraşdırılan kameralardan şikayətləniblər.
Məlumata görə, Bolşoy Kamendə dənizkənarı məktəbin tualetlərində kameralar quraşdırılıb. 
İnternetdə qızların tualetinin tavanına quraşdırılmış kameraları əks etdirən görüntülər yayılıb. Tualetdə video çəkilişdən xəbərdar edən lövhə də var.
Sonradan məlum olub ki, kameralar Rusiya təhsil müəssisəsində yeni binanın açılışından sonra quraşdırılıb. Məktəb rəhbərliyinin izah etdiyi kimi, quraşdırılan kameralar müşahidə xarakteri daşıyır və kabinələrə çatmır. Onlar əmlaka nəzarət etmək və tualetdə siqaret çəkən, dava edənləri müəyyən etmək üçün quraşdırılıb.//Lent.az

Tarix: 27 oktyabr 2023
Baxış: 145

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş