Xəbər lenti
Reklam
Qarabağdakı məktəblərin - Siyahısı

Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən sonra işğaldan azad olunmuş ərazilərimiz yenidən canlanır. Hazırda həmin ərazilərdə tikinti-quruculuq işləri geniş vüsət alıb.
Azadlığına qovuşmuş tarixi torpaqlarımızda bütün sahələrdə olduğu kimi, təhsil müəssisələrinin tikintisi istiqamətində də genişmiqyaslı işlər həyata keçirilir.
Azad olunmuş ərazilərdə fəaliyyət göstərən, layihəsinə və tikintisinə başlanan məktəblərə bir daha nəzər salaq.
Fəaliyyət göstərən məktəblər:
Zəngilan rayon Ağalı kənd tam orta məktəbi - 11 sinif, 120 şagird, 15 müəllim (Zəngilan rayon Ağalı kənd uşaq bağçası - 1 qrup);
Tərtər rayon Talış kənd tam orta məktəbi - 7 sinif, 19 şagird, 8 müəllim (Talış kənd uşaq bağçası - 1 qrup);
Füzuli şəhər 1 nömrəli tam orta məktəbi -11 sinif, 104 şagird, 15 müəllim;
Laçın şəhər 2 nömrəli tam orta məktəbi - 11 sinif, 137 şagird, 16 müəllim;
Laçın rayonu Zabux kənd tam orta məktəbi - 11 sinif, 51 şagird, 15 müəllim;
Şuşa şəhər 1 nömrəli tam orta məktəbi - 12 sinif 349 şagird, 25 müəllim (açılışının tədris ilinin ikinci yarısında olacağı gözlənilir).
Layihələndirilən və tikintisinə başlanan məktəblər:
Ağdam şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikinti işlərinə başlanılıb;
Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin və 960 şagird yerlik Yuxarı Mərcanlı kənd məktəbinin təməli qoyulub;
Füzuli şəhərində 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi ilə bağlı layihə-smeta sənədləri hazırlanır, 700 yerlik peşə liseyinin layihələndirilməsi və tikintisi ilə bağlı işlərə başlanılması nəzərdə tutulur;
Tərtər rayonu Suqovuşan qəsəbə 144 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və əsaslı təmiri ilə bağlı layihə-smeta sənədləri hazırlanıb.\\Axar.Az

Tarix: 05 oktyabr 2023
Baxış: 176

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş