Redaktor seçimi
    Deputat olmaq istəyən yeni simalar - SİYAHI
Xəbər lenti
Reklam
Koronavirusa yoluxan professor İdris Abbasov xəstəxanaya yerləşdirilib
 
AMEA Nəsimi adına Dilçilik İnstitutu COVİD-19-a yoluxan işçisi - filologiya elmləri doktoru İdris Abbasov xəstəxanaya yerləşdirilib.
Onun sözlərinə görə, İdris Abbasov müalicə üçün "Yeni Klinika"ya yerləşdirilib.
Qeyd edək ki, AMEA da bu gün professor İdris Abbasovun səhhəti ilə bağlı məlumat yayaraq bildirib ki, Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA rəhbərliyinin diqqətindədir:
"Günün birinci yarısında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayevə və TƏBİB-in sədri Ramin Bayramlıya zəng edərək onlara professor İdris Abbasovun səhhəti ilə bağlı məlumat verib və lazımi köməklik göstərilməsini xahiş edib.
Səhiyyə Nazirliyinin və TƏBİB-in məsul şəxsləri professor İdris Abbasovun və onun ailə üzvlərinin səhhəti ilə əlaqədar lazımi tibbi tədbirlərin görüləcəyini bildiriblər".                                         /APA
Tarix: 05 iyul 2020
Baxış: 338

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş