Bu gün keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində ən yüksək balı toplayan müəllimlərin adları açıqlanıb.
Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən Hurriyyet.Az-a verilən məlumata görə, test imtahanı mərhələsində coğrafiya fənni üzrə ən yüksək balı Aidə Daşdıyeva (100/92,5), Aytac İsgəndərli (100/92,5) və Röyal Kərimov (100/91,25), tarix fənni üzrə isə ən yüksək balı Kamran Xəlilov (100/93,75), Günel Salmanova (100/91,75) və Rəhman Süleymanlı (100/91,75) toplayıblar.
Xatırladaq ki, bu gün keçirilən test imtahanlarının I seansına 6353, II seansına isə 6627 namizəd dəvət olunub. Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.