Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Kamran Əsədovdan Təhsil Nazirliyi yanında İctimai Şuraya ETİRAZ: "Ancaq tərif ilə məşğul olurlar"

Xəbər verdiyimiz kimi, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvlüyündən istefa verib.
Gender.Az xəbər verir ki, tanınmış təhsil eksperti Kamran Əsədov özünün feysbuk hesabında Etibar Əliyevə dəstək nümayiş etdirib.
O, bildirib ki, Azərbaycanda təhsil eksperti institutunu yaradan, formalaşdıran Etibar Əliyev Elm və Təhsil Nazirliyi yanında İctimai Şura üzvlüyündən Şuranın fəaliyyətindəki qeyri şəffaflığa görə istefa verib.
"Bu, bir daha sübut edir ki, Təhsil Nazirliyi yanında İctimai Şura təhsilin inkişafına maneədir. Belə ki, onlar çatışmazlıqları gizlədir və ancaq tərif ilə məşğul olurlar. Beləliklə, onlar Etibar müəllim kimi təhsil bilicisinin bilik və bacarıqlarını düzgün istifadə edə bilmədilər.
Mənim yadımda Təhsil Nazirliyi yanında İctimai Şuranın fəaliyyəti rayonların birində ayaqyolu ilə bağlı problemin həllinə nail olması ilə qalıb.
Etibar müəllimə obyektiv mövqeyinə görə təşəkkür edirəm. Əslində bütün İctimai Şura buraxılmalıdır", - deyə K.Əsədov bildirib. \\Redaktor.Az

Tarix: 10 iyul 2023
Baxış: 236

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş