Xəbər lenti
Reklam
"Cənubi Qafqazdakı məsələlər geosiyasi mübarizə predmeti deyil" - AÇIQLAMA

ABŞ Rusiyanı Ermənistanla Azərbaycan arasında münasibətlərin sülh yolu ilə nizamlanması prosesindən çıxarmağı hədəfləyir. Bunu “Rossiya-24” telekanalının efirində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib:
“Fikrimcə, ABŞ hər yerdə öz mövqeyinə nail olmağa çalışır. Bir tərəfdən Rusiyanı sıxışdırıb çıxarmaq, digər tərəfdən isə Rusiyanın tərəfdaşı olan müttəfiq müstəqil dövlətləri neokolonial üslubda tabe etmək və qonşularımızla tərəfdaşlığımıza zərbə vurmağı düşünür. Hazırda Amerikanın əsas problemi budur”, – deyə Qaluzin vurğulayıb.
XİN rəsmisi daha sonra: “Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi 9 noyabr üçtərəfli bəyannaməsinə əsaslanmalıdır. Onun sözlərinə görə, Rusiya Federasiyası digər dövlətlərin də münaqişənin nizamlanmasına töhfə verməsinin əleyhinə deyil. Lakin bu dəstək sözdə deyil, əməldə olmalıdır. Liderlərin əldə etdiyi və ümumilikdə uğurla həyata keçirilən prinsipial təməl razılaşmalara uyğun gəlməlidir.
Buna əsasən, hər hansı digər vasitəçinin səyləri Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün fundamental sənədlərin həyata keçirilməsi baxımından əlavə dəyər verməlidir”, – deyə bildirib.
Konkret.Az bu məsələ ilə bağlı millət vəkili Elşad Mirbəşiroğlunun mövqeyini öyrənib:


“Bizim üçün prioritet ondan ibarətdir ki, öz ərazilərimizdə suverenliyimizi tam təmin edək. Bu istiqamətdə biz təsirli addımlar atmaqdayıq. 2020-ci ildə torpaqlarımızı işğaldan azad etdikdən sonra proseslərin inkişaf məntiqi onu göstərir ki, yaxın zamanlarda da ermənilərin yaşadıqları ərazilərdə biz öz suverenliyimizi təmin edəcəyik. Müxtəlif platformalarda Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələsi müzakirə olunur. Bizim üçün ən önəmli nəticədir. Biz haqlı mövqedən çıxış edirik və sülh gündəliyinə öz baxışımız var. Bu baxımdan hesab edirəm ki, tənzimlənmə məsələsi Rusiya ilə Qərb arasında geosiyasi mübarizənin predmeti kimi görünür. Bunla bağlı tərəflərin də baxışları müxtəlifdir. Məsələn, Qərbdə Rusiyanın yanaşması şübhə ilə qəbul edilir, Rusiya isə Qərbin yanaşmasına şübhə ilə baxır. Ən vacib məsələ isə Azərbaycan Prezidentinin starateji baxışları sayəsində məhz Cənubi Qafqazda cərəyan edən proseslər geosiyasi mübarizə predmetinə çerilmir”.

Vəli Həsənov

Tarix: 09 iyun 2023
Baxış: 139

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş