Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
"Azərbaycanda "təhsil ölüb" - Abbaszadənin “700 bal yoxdursa, dünya dağıldı?" fikirinə SƏRT CAVAB

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin “700 bal yoxdursa, dünya dağıldı?” fikirləri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və sərt reaksiya sərgilənib. İnsanlar şagirdlərin maksimum bal toplaya bilməməsini təhsilin keyfiyyətinin aşağı olması ilə əlaqələndiriblər və bu məsələdə DİM sədrinin də günahkar olduğunu dilə gətiriblər. 
Mövzunu Konkret.Az-a şərh edən təhsil eksperti Kamran Əsədov bildirib ki, aprel ayının 12-si keçirilən imtahanlarda ümumilikdə 130 min şagird iştirak edib: “Onlar 11 il məktəbə gediblər. Eyni zamanda valideynlər ən azı 3-4 il repetitorlara pul töküblər. Necə olur ki, onlar arasında bir nəfər də olsa şagird maksimum bal toplamır? Lap 700 balı kənara qoyaq, necə olur ki, ən azı 300 bal toplayan olmur? Sovet dövründə Azərbaycanın 121 nəfər qəhrəmanı vardı. Təbii ki, hər kəs bu adı almırdı. Amma Sovet İttifaqı Qəhrəmanı olan soydaşlarımızın sayı da az deyildi. Təkrar edirəm, 700 ballıq sistem ölçü vahididir. Necə olur ki, 2020-2022-ci illərdə maksimum bal toplayan şagirdlər var idi, indi yoxdur? Yoxdur deyə dünya dağılmır, amma yuxarı nəticə göstərənlərin sayı da çox deyil axı… Cəmi 3 şagird 297 bal toplayıb. Amma sıfır bal yığanların sayı minlərlədir. Bəs buna nə ad verək? Yuxarı bal toplayan yoxdur, amma aşağı bal yığanların sayı həddən artıqdır. Bu, artıq təhsil sistemindəki problemlərdən xəbər verir”.

Kamran Əsədov izləyicini təhqir etdi — Foto

Ekspert əlavə edib ki, bilik və bacarıqları ölçən vahidlər var: “Şagird sayı 130 min nəfərdirsə və onlar arasında bir nəfər də olsa maksimum bal toplamırsa, deməli burada ya testdə, ya şagirddə, ya da təhsil sistemində problem mövcuddur. Təkrar edirəm, 700 balın olmaması dünyanın dağılmaması demək deyil. Amma maksimum balı toplayanda da dünya dağılmayacaq. O zaman niyə də maksimum bal yığanların sayı çox olmamalıdır? Bunun başqa açıqlaması yoxdur, birmənalı şəkildə maksimum bal toplayanlar olmalıdır. Hesab edirəm ki, Azərbaycanda artıq təhsil “ölüb”. Təhsilin idarə olunması, strukturu son 3 il ərzində məhv olub, Yəni ölkədə təhsil adına heç nə yoxdur. Bu da onun nəticəsidir”.

Müşviq Tofiqoğlu

Tarix: 05 may 2023
Baxış: 298

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş