Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Müəllimlərin DİQQƏTİNƏ - Sizə çox önəmli xəbərimiz var/VİDEO

Xəbər verdiyimiz kimi, müəllimlərin sertifikasiyası ilə bağlı yeni qaydalar tətbiq ediləcək.
Millət vəkili Ceyhun Məmmdəovs bildirib ki, bu sahədə dəyişiklik üçün Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirələr aparılıb. Onun sözlərinə görə, bəzi müəllimlərin sertifikasiyadan keçməsi könüllü olacaq.
Deputat qeyd edib ki, indiki qaydalara əsasən ilk dəfə işə qəbul olunan müəllimlər 5 il müddətinə sertifikatlaşdırmadan azad olunurlar. Amma yeni təkliflərdə bu müddətin 3 ilə endirilməsi planlaşdırılır.
Elm və Təhsil komitəsinin üzvi vurğulayıb ki, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müvafiq vəzifədə çalışan müəllimlərə sertifikasiyadan keçməmək üçün möhlət veriləcək.
Millət vəkili əlavə edib ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən müəllimlər də 1 illik möhlət hüququndan yararlana biləcəklər.
Qeyd edək ki, təhsil haqqında qanuna təklif edilən dəyişiklikdə bağça müəllimlərinin də sertifikatlaşdırmadan keçməsi nəzərdə tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Tarix: 29 aprel 2023
Baxış: 339

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş