“Qızımı tapmaq üçün Xoşqədəmə müraciət etsəm kömək edər?” - Xalq artistinin oğlu
“Küçədə yaşayıram, evim yoxdur. Kiçik qardaşım Amerikada yaşayır, ancaq mənə dəstək olmur”.
Gender.Az xəbər verir ki, bu sözləri teleqraf.com-a açıqlamasında mərhum xalq artisti Siyavuş Aslanın səfil həyatı yaşayan oğlu Çingiz Aslan deyib:
“Atam o vaxt mənə demişdi ki, özünə gün ağla, heç kimə ümid olma. Düz deyirmiş. Onu da deyirdi ki, nə qədər ki, sağam, evdə otur, mən baxacam. Bizim evimiz vardı, qardaşım evi satdı. Onunla bir ildir ki, əlaqəmiz yoxdur. Deyir ki, maddi imkanı yoxdur. Amma imkanı olmayan adam Amerikaya necə gedib. Küçədə gecələyirəm. Hazırda heç kim yardım etmir”.
Çingiz Aslan “Ailəniz xoşbəxt idi” sualına isə “Bəli, ilk əvəllər yaxşı idi. Sonra həyat yoldaşım ayrıldı və başqasıyla evləndi. Qızım ailə qurub və həyat yoldaşı ilə xaricdə yaşayır. Onun həyat yoldaşı diplomatdır. Bir-birini çox sevirlər. Həyat yolaşı qızıma “Mercedes” markalı avtomobil alıb”, – deyə cavab verib.
O, "Qızınız sizi axtarırımı" sualına isə belə cavab verib: "Qızımla əlaqə yoxdur. Bilmirəm ki, kimə müraciət edim. Həyat yoldaşım qızımı uşaqlıqdan aparıb. Bu işləri Xoşqədəm Hidayətqızı yaxşı bilir. Qızımı tapmaq üçün Xoşqədəm Hidayətqızına müraciət etsəm kömək edər?".
Qeyd edək ki, Səyavuş Aslan əməkdar artist Ofeliya Aslanla evli idi. Onların iki oğlu var.