Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
"KOD ADI V.X.A"- REPRESSİYAYA MƏRUZ QALMIŞ AZƏRBAYCAN QADINLARINA İTHAF OLUNAN TAMAŞA - FOTOLAR

Tarixə nəzər salsaq görərik ki, Azərbaycan ərazisi qədim zamanlardan müxtəlif yadellilər tərəfindən işğal edilmiş, əhalimiz dəfələrlə soyqırım qurbanları olmuşdur. Keçmişdə xalqımıza qarşı törədilən soyqırımları, təzyiqləri unutmamaq, şagirdlərimizi vətənpərvər ruhda tərbiyə etmək, həmçinin istedadlı şagirdləri aşkara çıxarmaq məqsədilə Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə repressiyaya məruz qalmış Azərbaycan qadınlarına ithaf olunan Kod adı “V.X.A” olan tamaşa tədbiri keçirilib. 
Gender.Az xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin aparatının başçısı, ictimai-siyasi və humanitar məsəllər üzrə şöbə müdiri Pənah İmanov, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının əməkdaşı Ülvi Abbasov, məktəbin direktor Cavid Əliyev, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. 
Pənah İmanov çıxışı zamanı Azərbaycan xalqına qarşı törədilmiş “26 fevral-Xocalı soyqırımı”nı, “31 Mart soyqırımını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonda çıxış edən Cavid Əliyev Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun 44 Günlük müharibə zamanı dəmir yumruq kimi birləşərək düşməni məhv edib, torpaqlarımızı işğaldan azad edilməsini bir daha fəxr və qürur hissi ilə səsləndirib.

Məqaləyə dair fotomateriallar:










Mətanət İmanquliyeva
Gender.Az

Tarix: 20 fevral 2023
Baxış: 9351

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş