Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Yayılan səs yazısına görə direktor cəzalandırıldı - Rəsmi

Paytaxtdakı 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunmasına dair yayılan səs yazıları ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılıb.
Gender.Az xəbər verir ki, bu barədə BŞTİ-nin yaydığı məlumatda deyilir.
Bildirilib ki, araşdırmanın nəticələrinə uyğun olaraq məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib:
"Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavininin ərizəsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilib.
Müəllimlərlə bağlı da qanunauyğun tədbirlərin görülməsi təmin ediləcək.
İdarədən vurğulanıb ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır".
Qeyd edək ki, daha əvvəl 49 nömrəli “İntellekt” məktəb-liseyində müəllimin valideynlərdən pul tələb etməsi ilə bağlı səsyazısı yayılıb.
Tarix: 22 fevral 2023
Baxış: 362

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş