Redaktor seçimi
    “Hollivud”dakı hadisəni bu şəxslər törədib - Usubov DANIŞDI
Xəbər lenti
Reklam
“Gələcəyimizə Çıraq ol” ailəsi şagirdlər üçün master-klass təşkil edib

Gender.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Gələcəyimizə Çıraq ol” ailəsi Ucar rayonunun Şahlıq kənd tam orta məktəbində şagirdlər üçün uşaqların asudə vaxtının səmərəli keçirilməsinə dair müxtəlif master-klasslar həyata keçirib.
AzeRobot Education əməkdaşları Aynur xanım və Elina xanımın təşkil etdiyi robota-texnika master-klassı uşaqların istedadlarının üzə çıxarılması və təlim zamanı yiyələndikləri bacarıqların praktiki tətbiq edilməsi sayəsində uşaqlar müxtəlif robotlar hazırlayıblar. Sariban peşə inkişaf mərkəzinin təşəbbüsü ilə Ebru sənəti masterclassını işinin peşəkarı Sevinc Əliyeva icra edərək, bu sənətin incəliklərini uşaqlara öyrədib və uşaqlar su üzərində fərqli rəsmlər çəkərək bu sənətdən böyük zövq alıblar.
Bakı Xoreoqrafiya Akademiyasının tələbəsi Ləman Əhmədova “Bayram süitası” rəqsinin incəliklərini uşaqlara öyrədərək, estetik zövqlərinin formalaşmasına köməklik göstərib.
Gün sonunda uşaqlar sertifikat və hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, tədbir müəllim Jalə Qurbanlı və BXA-nın müəllimi Aygül Qurbanova tərəfindən təşkil olunub.
Tarix: 29 yanvar 2023
Baxış: 4441

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş