Xəbər lenti
Reklam
“Şeyxi gətirin, təhsilin “Fatihə“sini versin” — Professor

Milli Məclisin ötən iclasında deputat Rauf Əliyev Bakının Mərdəkan, Şağan, Buzovna və Qala qəsəbələrində 1 200 yerlik məktəblərdə 4 500 şagird oxuması barədə problemə toxunub.

Deputat təklif edib: məktəblərdə şagird sıxlığının aradan qaldırılması ilə bağlı dövlət proqramı qəbul olunsun, tədricən əlavə korpuslar tikilsin.

Qeyd edək ki, şagird sıxlığı problemi təkcə Bakının qeyd olunan qəsəbələrində yox, paytaxtın və ölkənin digər ərazilərində də mövcuddur. Bəs, məktəblərdəki şagird sıxlığı təhsilin keyfiyyətinə necə təsir edir?

Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının keçmiş sədri, professor Şahlar Əsgərov bildirdi ki, dərslərin keyfiyyəti təhsilin təşkilindən asılıdır:

“Misal üçün, çox inkişaf etmiş ölkələrdə 1 sinifdə şagird sayı 30-a çatır. Səhv etmirəmsə, Amerikada 19-20, Azərbaycanda isə 5-10 il öncə 10 şagird idi. Bu bir qədər də təşkildən asılıdır. Əgər yaxşı təşkil olunarsa, bu sıxlığa tab gətirmək olar. Yox əgər alınmırsa, tədris növbəli şəkildə həyata keçirilə bilər".

"Əgər dərsdə mənimsəmə, keyfiyyət varsa, bu sıxlıqda dərslər davam edə bilər, yox, əksinədirsə, keyfiyyət və nəticə yoxdursa, çarə tapmaq lazımdır. 3-4 ay bu sıxlıqda dərslər keçirildikdən sonra baxmaq lazımdır ki, uşaqlar dərsi mənimsəyir, ya yox. Əgər keyfiyyətə baxılmırsa, şagird proqramı dərk etmirsə, dövlət niyə bu pulu xərcləyir? Bu, çox uzun və mürəkkəb məsələdir. Bu elə məsələdir ki, gərək ürəyin təhsilə yana ki, bu işləri görəsən. Elə-belə çətin məsələdir. Hələ 1974-cü ildə Şamil Qurbanov kollegiyanın iclasında demişdi ki, “şeyxi gətirin, təhsilin "Fatihə"sini versin”. Ondan bəri xeyli zaman keçib, amma təhsildə problemlər azalmaq əvəzinə artır. Vəziyyət budur”, - deyə professor əlavə etdi.\\Redaktor
Tarix: 29 noyabr 2022
Baxış: 1 645

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş