Xəbər lenti
Reklam
"Azərbaycan tarixi" və "İnformatika" fənləri bütün ixtisas qruplarına əlavə edilə bilər? - VİDEO

"Azərbaycan tarixi" və "İnformatika" fənləri qəbul imtahanları zamanı bütün ixtisas qruplarına əlavə edilə bilər.
Gender.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə, eləcə də təhsil ekspertləri arasında müzakirələr aparılır.
Mövzu ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov hesab edir ki, ali məktəblərə qəbul imtahanı zamanı bütün ixtisas qruplarına "Azərbaycan tarixi" və "İnformatika" fənlərinin əlavə edilməsi abituriyentlərin işini daha da çətinləşdirə bilər.
Ekspert vurğulayıb ki, bəzi xarici ölkələrdə qəbul imtahanı prosesi ölkəmizdəki sistemlə müqayisədə daha asan hesab edilir.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə bildirib ki, "Azərbaycan tarixi" və "İnformatika" fənlərinin bütün ixtisas qruplarına salınması məsələsi hazırda müzakirə mövzusu deyil.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Tarix: 23 noyabr 2022
Baxış: 716

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş