Qarabağ müharibəsi iştirakçıları olan əlil, veteranlarımızdan ibarət 28 nəfər Şuşa şəhərinə səfər edəcəklər
Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qarabağ Əlilləri və Veteranları” ictimai birliyinin “Qarabağ müharibəsi əlil və vetranlarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə turların keçirilməsi” adlı layihəsinə əsasən Qarabağ müharibəsi iştirakçıları olan əlil, veteranlarımızdan ibarət 28 nəfər, 15.10.2022 – 16.10.2022- ci il tarixdə (iki gün, bir gecə olmaqla) Şuşa şəhərinə səfər edəcəkdir.
Layihənin əsas məqsədi, Ali Baş Komandanımızın əmrinə əsasən və Müzəffər Ordumuzun qəhrəmanlığı, şücaəti nəticəsində azad olan Şaşa şəhərimizə müharibədə iştirak edən və döyüşlər zamanı əlil - veteranlar olan soydaşlarımızın sosial xidmətlərinin səviyyəsinin yükxsəldilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkilindən ibarətdir.
Səfərlə bağlı ayrılacaq nəqliyyat vasitəsi və təyin olunmuş otellə bağlı işlər tam yerinə yetirilib.
Layihə çərçivəsində Şuşa şəhərinə gedəcək müharibə iştirakçılarının səfəri zamanı onların asudə vaxtlarının səmərəli təşkil olunması istiqamətində tədbirlər keçiriləcəkdir.
Tarix: 10 oktyabr 2022
Baxış: 9095
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş