Xəbər lenti
Reklam
Sizdə bu 3 SİMPTOM varsa, damarlarınız təhlükədədir! - FOTO

Yüksək xolesterin uzun müddət ərzində demək olar heç bir simptomla özünü büruzə vermir.
Lakin bu zaman orqanizmdə çox təhlükəli proses gedir – xolesterin damarlarda yığılır, damarları daraldır, onları zəif edir ki, nəticədə damarların partlaması, tam bağlanması riski artır. Bu səbəbdən mütəxəssislər böyüklərə ildə ən azı 1 dəfə profilaktik məqsədlə xolesterinin səviyyəsini təyin etməyi tövsiyə edirlər.
 

Yüksək xolesterindən şübhələnməyə səbəb olan bəzi əlamətlər var. Onlar cüzi olsa da pozulmanı vaxtında aşkar etməyə kömək edə bilər.  
Medical News Today portalı bildirir ki, bu əlamətlər aşağıdakılardır:
- dəridə lipomaların əmələ gəlməsi


- gözlərin rəngli hissəsinin ətrafında açıq boz halqaların əmələ gəlməsi


- ksantelazmalar – göz qapaqlarında və gözlərin uclarında kiçik piy şişləri.


Sizdə bu əlamətlər varsa, vaxt itirmədən həkimə müraciət edin, lazım olan müayinə və analizlərdən keçin.  \\Saglamolun

Tarix: 13 mart 2021
Baxış: 302

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş