Xəbər lenti
Reklam
50 yaşdan sonra qadınlar çayı azaltmalıdır - SƏBƏB

Florida Universitetinin tədqiqatı nəticəsində məlum olub ki, çayın tərkibində olan ftorid xüsusən uşaqlarda diş və sümüklərə pis təsir edir, yaşlı insanlarda isə sümüklərin daha tez əriməsinə səbəb olur.
Normadan artıq çay içən insanın sümüklərində flyuoroz, uşaqların isə dişlərində fluoroz yaranır.
Əgər çay qaynadılan su da ftorla zəngindirsə, o zaman məsələ lap qəlizləşir. Professorlar qeyd edir ki, çayın tərkibindəki ftorid haqqında çox az adam bilir. 47 növ adi və bitki çayı üzərində aparılan araşdırma göstərir ki, bu çaylarda ftorid normadan 2-3 dəfə artıqdır.
Amma ftorid həm də su və başqa ərzaqlarla da orqanizmə daxil olur Alimlər gündə 2-3 stəkandan artıq çay iç.məməyi məsləhət görür. Gün ərzində 6 mq-dan artıq ftor qəbul edən insanın sümükləri təhlükə altındadır.
Məlumat üçün bildirək ki, hazırda bütün dünyada ən çox istifadə olunan içki çaydır. \\Medicina.az

Tarix: 12 mart 2021
Baxış: 341

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş