Xəbər lenti
Reklam
Qaraciyəri piylənmədən xilas edəcək QİDALAR

Qaraciyər piylənməsi vaxtında müalicə olunmalıdır. Əks halda piylənmənin fonunda qaraciyərdə ağır pozulmalar – fibroz, sirroz inkişaf edə bilər.  
Xoşbəxtlikdən qaraciyər piylənməsi qeriyə dönən pozulmadır. İlkin mərhələlərdə müəyyən qaydalara riayət etməklə piylənməni tam müalicə etmək mümkündür.
Heilpraxisnet portalı bildirir ki, Almaniya Qaraciyər Fondunun mütəxəssisləri piylənmədən azad olmaq üçün ziyanlı vərdişlərdən imtina etməyi, fiziki aktivliyini artırmağı, qidalanmada müəyyən dəyişiklikləri etməyi tövsiyə edirlər.
Belə ki, mütəxəssislər daha çox rafinə olunmamış bitki yağlarını (zeytun, qarğıdalı, günəbaxan) istehlak etməyi tövsiyə edirlər. E vitaminin sayəsində bu yağlar qaraciyərin sağlamlığına çox müsbət təsir edir.
Həmçinin alimlər şəkərin istehlakını minimuma çatdırmağı tövsiyə edirlər.
Rasionda daha çox meyvə, tərəvəz, göyərti olmalıdır.
Şirin qazlı içkilər, şirin çay və qəhvə qadağandır. Təmiz su, şəkərsiz çay və qəhvə için. Təbii qəhvə qaraciyər üçün çox faydalıdır.
Zülallarla zəngin olan ət (çox yağlı olmamalıdır) və paxlalılar da piylənmə ilə mübarizə etməyə yardım edir. \\Saglamolun

Tarix: 11 mart 2021
Baxış: 349

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş