Xəbər lenti
Reklam
Kişilər üçün ən faydalı süd məhsulu – cinsi zəiflik zamanı kömək edir
 

Seçenov adına Moskva Dövlət Tibb Universitetinin professoru, qastroenteroloq Aleksey Buyeverov kəsmiyin az bilinən faydaları haqqında məlumat verib.
Alimin sözlərinə görə, kəsmik “tərkibində olan minerallar sayəsində kişilərin potensiyasına müsbət təsir edir”.
Həmçinin Buyeverov bildirib ki, kəsmiyin müntəzəm istehlakı payız depressiyasının inkişafının qarşısını alır. Alimin sözlərinə görə, bunun səbəbi kəsmiyin qidalı maddələrlə zəngin olmasıdır. Kəsmik zülal və yağlardan əlavə sinir sisteminin sağlamlığını qoruyan, gərginliyi azaldan kalsium, maqnezium və sinklə zəngindir.
Həkim yağlılığı 5 və 9% olan kəsmiyə üstünlük verməyi tövsiyə edir. O, vurğulayıb ki, indi “dəbdə” olan yağsızlaşdırırlmış süd məhsulları orqanizmə faydadan çox ziyan vurur. Bunun səbəbi bu məhsulların tərkibində çoxlu süni əlavələrin olmasıdır, - alim bildirib.
Gün ərzində 200 qr kəsmik yemək olar. \\Saglamolun
Tarix: 28 sentyabr 2020
Baxış: 378

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş