Xəbər lenti
Reklam
Ən riskli qidalardan biri — Hər il yüz minlərlə insan ölür

Xəbər verdiyimiz kimi Şəmkirdə 9 nəfər azyaşlı dönərdən zəhərlənib. Onlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə gətiriliblər. TƏBİB-dən “APA”ya bildirilib ki, 3-11 yaşlardakı azyaşlılar zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Vəziyyətləri qənaətbəxşdir. Hadisə Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən dönərxanaların birində baş verib. 

Qida mütəxəssisi Ağa Salamovun sözlərinə görə, uşaqlar çox güman toyuq dönərindən zəhərləniblər. O, Demokrat.az-a açıqlamasında deyib ki, zəhərlənməyə salmonella bakteriyası səbəb ola bilər:


“Azərbaycanda toyuq dönərinin satışı geniş yayılıb. Toyuq dönəri satılan dönərxanalarda antisanitar vəziyyət hökm sürür. Mənşəyi məlum olmayan toyuq məmulatlarının satışı həyata keçirilir. Emal prosesinin düzgün getməməsi, standartlara cavab verməyən mətbəx, çarpaz çirklənmə, məhsulların düzgün şəraitdə saxlanmaması da zəhərlənmə hallarını qaçılmaz edir. Toyuq dönəri ən riskli qidalardandır, çünki salmonella bakteriyasından hər il yüz minlərlə insan ölür. Ən öldürücü bakteriyalardan biridir. Qoyun, mal ətindən zəhərlənmə ölümə səbəb olmaya bilər, amma toyuqdan zəhərlənmə daha çox ölümə səbəb ola bilər. 

Düşünürəm ki, toyuq dönəri satılan dönərxanalara ciddi nəzarət olmalıdır, standartlara uyğun olmayanları bağlanmalıdır”.

Törə Zeynallı
Tarix: 15 fevral 2024
Baxış: 95

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş