Ermənilər Arayik Arutyunyana 30 dəqiqə vaxt verdilər: "Əks halda təsirli tədbirlər görüləcək" - VİDEO/YENİLƏNİB
Qarabağ erməniləri Arayik Arutyunyana 30 dəqiqə vaxt veriblər.
Bu barədə erməni mediası məlumat yayıb. Xankənidinin mərkəzinə toplaşan etirazçılar Arayik Arutyunyana çıxıb suallarını cavablandırmaq üçün 30 dəqiqə vaxt veriblər. Əks halda təsirli tədbirlər görəcəklərini bildiriblər.
Bu barədə erməni mediası məlumat yayıb. Etirazçılar Arayik Arutyunyanın çıxıb onların suallarını cavablandırmasını tələb edirlər.
Buna görə “prezident iqamətgahı”nın girişini bağlayıblar. Onlar iddia edirlər ki, digər məmurların izahatına ehtiyac yoxdur, onların narahatlığına “prezident” şəxsən cavab verməlidir.
Qeyd edək ki, “prezident iqamətgahı”nın yaxınlığında xeyli sayda polis var.