Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Siyasi fəaliyyətinə görə övladları əlindən alındı - XOCALI İCRA NÜMAYƏNDƏSİNİN UŞAQLARI "GİROV" SAXLADIĞI İDDİA EDİLİR
                                                  
Xocalı rayon sakini, Bərdə rayonu 588 saylı qəsəbə bina 2 mənzil 19-da məskunlaşıb yaşayan, Türbəndəyev Nazim Yaqub oğlu "Hurriyyet.az"a müraciət edərək, üç ilə yaxındır ki övladları ilə görüşə icazə verilməyini deyir.

 Şikayətçinin sözlərinə görə,  Xocalı rayon İcra Hakimiyyətinin Cəmilli kənd üzrə nümayəndəsi Ramiz Qəhrəmanovun məhkəməyə etdiyi təzyiqlə övladları ilə görüşə bilmir. Nazim Türbəndəyev deyir ki, sözügedən məmur onun siyasi fəaliyyətinə görə ailəsinə təzyiq edərək nifaq salıb. Nəticədə həyat yoldaşı Afət Türbəndəyevadan rəsmi ayrılan Nazim Türbəndəyev övladlarına üç ilə yaxındır ki, həsrət qalıb. Şikayətçi bildirir ki, keçmiş həyat yoldaşı Afət Türbəndəyeva  şizofreniya xəstəsidir. Lakin uşaqların onda qalması üçün Xocalı rayon İcra Hakimiyyətinin Cəmilli kənd üzrə nümayəndəsi Ramiz Qəhrəmanovun düzəltdiyi saxta sənədlə onun xəstə olması ört-basdır edilib:



"Mən dəfələrlə aidiyyəti orqanlara müraciət etsəm də heç bir müsbət nəticəsi olmayıb. Mənim Xocalı rayonunun milliyətcə erməni olan məmurları tərəfindən 3 ilə yaxındır ki, onlara baş əymədiyim üçün məndən qisas almaq məqsədilə girov götürülən azyaşlı övladlarımla mənim ünsiyyətdə olmağımız barədə Xocalı Rayon Məhkəməsinin 24.07.2020-ci il və Gəncə Apellyasiya Məhkəməsinin 11.02.2021-ci il tarixli qətnamələri var.  
   
Əlavə olaraq bildirirəm ki, keçmiş həyat yoldaşım Türbəndəyeva (Ağayeva) Afət Aslan qızı  28.03.2017-ci il tarixdən Bərdə rayon Poliklinikasında “GENERALİZƏ OLUNMUŞ İDİOPATİK EPİLEPSİYA VƏ EPİLEPTİK SİNDROMLAR, GENERALİZƏ OLUNMUŞ İDİOPATİK EPİLEPSİYA, TEZ-TEZ TƏRKARLANAN TONİK-KLONİK QICOLMA TUTUMALARI İLƏ (AYDA 10-11 DƏFƏ)” ÜZVÜ MƏNŞƏLİ ŞƏXSİYYƏT POZUNTUSU, ŞƏXSİYYƏTİN DƏYİŞMƏSİ, ŞƏXSİYYƏTİN PSİXİ QÜSUR HALI” diaqnozu ilə dispanser qeydiyyatındadır. Aylıq pulsuz dərman pereparatları ilə təmin olunur və həmin diaqnoz ilə pensiya alır. Ancaq buna baxmayaraq Qəhrəmanov Ramiz öz gəlinin dayısı, Bərdə rayon Polikilinikasının o zamankı baş həkimi Mehdi Mehdizadədən Ağayeva Afətin guya tam sağlam olması barədə saxta arayış alaraq məhkəməyə təqdim etmişlər. Ağayeva Afətə guya sağlam olması barədə arayış verən Mehdi Mehdizadə mənim vəkillərimin sorğularına cavab olaraq Ağayeva Afətin xəstə olması, dispanser qeydiyyatında olması və aylıq pulsuz dərmanların verilməsi barədə 2 dəfə məktub vermişdir. Mənim vəkillərimin 2 ay əvvəl dəfələrlə sorğu göndərməsinə baxmayaraq vəkil sorğularına tam şəkildə cavab verilməmiş, yalnız  məhkəmə qərarından təxminən 3 saat sonra vəkil sorğusuna tam cavab verilmişdir.

Qeyd edim ki, Bərdə rayon Polikilinikasının o zamankı baş həkimi Mehdi Mehdizadənin Qəhramanov Ramizin vasitəsi ilə Ağayeva Afətin guya tam sağlam olması barədə verdiyi sağlamlıq arayışı barəsində mən Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Kamran Əliyevə rəsmi müraciət etdikdən sonra Bərdə rayon prokurorluğunda həmin arayış barəsində araşdırma aparılmış və Mehdi Mehdizadə barəsinə Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsi ilə cinayət işi başlanmışdır.

Ağayeva Afət həmişə evdə uşaqlara qarşı sərt davranıb, uşaqları şiddətli şəkildə döyərək uşaqlara çəngəl bıçaq atırdı, uşaqları boğurdu, qızım 3 yaşı olanda onun qoluna dəmir parçası ilə vuraraq xəsarət yetirib və qızımın qoluna 12 tikiş vurulub.
Həmçinin mən məktəbdə olarkən anamı yerə yıxaraq boğub və anamın barmağının birini qırmışdır.
Onuda qeyd edim ki, Ağayeva Afət Təhsil aldığı Laçın rayon Ağanus kənd orta məktəbinin IV sinifdən psixi xəstə olduğuna görə məktəbdən xaric edilmişdir. Bu barədə də mənim vəkillərim Laçın rayon Ağanus kənd orta məktəbinin direktoruna və Laçın Rayon Təhsil Şöbəsinə dəfələrlə sorğu göndərsələr də bu sorğulara da cavab verilməmişdir. Səbəb isə odur ki, Elman Məmmədovun və Vahid Əliyevin azğınlaşdırdıqları Qəhramanov Ramiz bütün dövlər orqanlarında Elman Məmmədovun və Vahid Əliyevin adından istifadə edərək onların köməkliyi ilə mənim  xeyrimə ola biləcək bütün işlərin qarşısını alır".

Nazim Türbəndəyev deyir ki, Qəhrəmanov Ramizin əlində alətə çevrilən Bərdə rayon İcra və probasiya şöbəsinin rəisi Rusif Quliyev heç bir qanunu, Azərbaycan Respublikasının Konstitutsiyasın, Xocalı rayon məhkəməsinin və Gəncə apellyasiya məhkəməsinin qərarlarını, OMBUDSMAN aparatının və İcra Baş idarəsinin qanuni tövsiyyə və göstərişlərinə riaət etməyərək, hətta həmin qərarı çıxaran Xocalı rayon Məhkəməsinin barəsində mənim ərizədə qeyd edə bilməyəcəyim təhqiramiz ifadələr işlədir və ancaq öz ağası milliyətcə erməni olan, öz millətinin təəssübünü çəkərək əl altdan bizim Türk millətinə qarşı düşmənçilik edən Qəhrəmanov Ramizin qanunsuz və qanunazidd göstəriş və tapşırıqlarını yerinə yetirir:

"Yuxarıda qeyd etdiyim məhkəmə qətnamələri icra edilməsi üçün Bərdə rayon İcra və probasiya şöbəsinə göndərilmiş və 29.04.2021-ci il tarixdə icraata götürülmüşdür. Ancaq buna baxmayaraq, Xocalı RİHB-nın Cəmilli kənd İƏD üzrə nümayəndəsi və Xocalının Bərdədəki səlahiyyətli nümayəndəsi, Xocalı rayonun deputatı Elman Məmmədov və Xocalı RİHB-nın birinci müavini Vahid Əliyevin himayə edibazğınlaşdırdıqları, atasının anası, kirvəsi və sağ dışı erməni olan, Xocalıda azyaşlı Türk övladlarına işgəncə verən Zori Balayanın yolun damav etdirən Qəhrəmanov Ramizin əlində alətə çevrilən Bərdə rayon İcra və probasiya şöbəsinin rəisi Rusif Quliyev heç bir qanunu, Azərbaycan Respublikasının Konstitutsiyasın, Xocalı rayon məhkəməsinin və Gəncə apellyasiya məhkəməsinin qərarlarını, OMBUDSMAN aparatının və İcra Baş idarəsinin qanuni tövsiyyə və göstərişlərin saya salmayaraq, hətta həmin qərarı çıxaran Xocalı rayon Məhkəməsinin barəsində mənim ərizədə qeyd edə bilməyəcəyim təhqiramiz ifadələr işlədir və ancaq öz ağası milliyətcə erməni olan, öz millətinin təəssübünü çəkərək əl altdan bizim Türk millətinə qarşı düşmənçilik edən Qəhrəmanov Ramizin qanunsuz və qanunazidd göstəriş və tapşırıqlarını yerinə yetirir.

Necə olur ki, mənim əleyhimə, qarşı tərəfin xeyrinə çıxarılan qərarlar dərhal icra olunduğu halda, mənim xeyrimə çıxarılan qərarlar 11 aydır icra edilmir?

Məlumunuz olsun kimənim övladlarım kimi Bərdə rayon İcra və probasiya şöbəsi də milliyətcə erməni olan və xalqımıza düşmən kəsilən Qəhramanov Ramizin girovluğundadır. Belə ki, Xocalı rayon sakinlərinin İcra və probasiya şöbəsinə düşən bütün işlərində Rusif Quliyev bütün qanunları taptalayaraq, ancaq Ramizin göstərişlərin yerinə yetirir. Çünki Rusif Quliyev Qəhrəmanov Ramizin yanında gözü kölgəlidir. Rusif Quliyev kimi başqalarının əlində alətə çevrilən, göstərişlə qanunları pozan birisinin Bərdə kimi böyük bir rayonun icra və probasiya şöbəsinin rəisi olması Azərbaycan Ədliyyə sisteminə qara ləkədir.

Mənim övladlarım heç, onsuz da bir erməni dığasının  göstərişi ilə onların həyatları qanıqarışıq Qəhramanov Ramiz və onun əlaltıları (qulluqçuları), Rusif Quliyev və icra məmuru Məhəmmədəli Qasımzadə tərəfindən məhv edilib.
Təxminən 15/20 gün əvvəl adının çəkilməsini istəməyən bir nəfərin mənə verdiyi məlumata görə oğlumun ürəyi xəstəlik tapıb, oğlumun ürəyində ciddi problemlər var. Bu təbiidir. 3 ildir  Qəhrəmanov Ramizin göstərişi ilə oğluma fiziki, psixi və mənəvi işgəncələr verilir. Oğluma verilən işgəncələrə nəinki 9 yaşlı oğlumun, heç 35-40 yaşlı idmançıların belə, ürəyi dözməz. Mənim övladlarımın məruz qaldığı işgəncələrin qarşısında onların indiyədək sağ qalması Uca Yaradanın bir möcüzəsidir. Ancaq möcüzə hər gün baş verməyir.

Bundan əlavə mən 30.03.2022-ci il tarixdə 82 yaşlı, nəvələri gedəndən sonra nəvələrinin ayrılığına dözə bilməyərək 2 dəfə paralic keçirən xəstə anamı həkimə apararkən anam yolda ağladı və məndən xahiş etdi ki, nəvələrimin ayrılığına dözə bilmirəm, artıq ölürəm. Məni apar heç olmasa məktəbdə nəvələrimi 1-2 dəqiqəlik görüm sonra ölüm. Biz məktəbə çatan kimi məktəbin gözətçisi darvazanı bağlayıb və bizi içəriyə buraxmadı və dedi ki, uşağı sizə göstərə bilmərik qorxuruq. Nəzərinizə çatdırım ki, hətta bir dəfədə getmişəm birində bizi buraxıblar uşaqlarla görüşüb mehriban söhbət edib gəlmişik. Lakin sonra 2 dəfə yenidən gedəndən sonra  Ramizin göstərişi ilə bizi içəri buraxmayıblar. Qeyd edim ki oğlumu Qəhramanov Ramiz həkimə belə, aparmağa qadağa qoyub. Mənim övladlarımın həyatları artıq məhv edilib.

Yuxarı orqanların: 06 ay 20 gün keçməsinə baxmayaraq Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin və OMBUDSMAN aparatının müdaxiləsindən sonra yuxarı orqanları aldatmaq məqsədilə uşaqlarla ünsiyyət hüququmu 1 dəfə təşkil etdilər. Bundan sonra gözdən pərdə asmaq üçün bir neçə dəfə ünsiyyət təşkil olunsa da, 2 dəfə  cavabdeh tərəf uşaqları ünsiyyətə gətirməyib, 3 dəfə isə cavadeh tərəf və onun anası qəstdən ünsiyyətə mane olub, ancaq icra məmurlarının və Rusif Quliyev cavabdeh barəsində qanunamüvafiq tədbir görüləcəyini desələr də heç bir tədbir görülməmiş, əksinə bundan sonra onların əlbir olmaları və Qəhramanov Ramizin sifarişini yerinə yetirmələri tam şəkildə məlum oldu.  Əlavə olaraq bildirirəm ki, 9 yaşlı oğlumu məktəb direktoru Zeynalova Nuriyyə otağa çağıraraq ona əvvəlcədən planlaşdırılmış plana əsasən danışdıraraq guya uşağın atanı istməməsi barədə danışdırıb telefonla videoya çəkib. Bu barədə mənim əlimdə səs yazısı belə var. Bildirirəm ki, Nuriyyə Zeynalova və onun həyat yoldaşı hər ikisi Qəhramanov Ramizlə tələbə yoldaşı olublar. Qəhramanov Ramiz isə o məktəbə tez-tez gedir.

Odur ki, mənim övladlarımla görüşməyimiz barədə məhkəmə qərarlarının icrasını Qəhrəmanov Ramizin təsiri altında olan və onun təsiri altından çıxa bilməyən Rusif Quliyevin rəis olduğu Bərdə rayon İcra və probasiya şöbəsindən alıb Ramizin təsiri altında olmayan və Azərbaycan Respublikasının qanunlarına riayət edən başqa bir rayonun icra və probasiya şöbəsinə göndərilməsi üçün aidiyyəti orqanlara məlumat verməyinizi və mənə bu barədə köməklik etməyinizi Sizdən artıq dərəcədə xahiş edirəm".

QEYD: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mövzunu davam etdirəcəyik.
YƏHYA



Tarix: 07 aprel 2022
Baxış: 1 242

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş