Jurnalistdən nazirə təşəkkür
Sumqayıt şəhər sakini, jurnalist Elşən Yəhyayev qarşılaşdığı problemlə bağlı dərhal reaksiya verildiyinə görə, Yasamal rayon Polis İdarəsinin rəisi cənab Cəmil Əmirovdan cənab Daxili İşlər Naziri cənab Vilayət Eyvazova təşəkkür məktubu ünvanlayıb. O qeyd edib ki, 24 mart tarixində "20 Yanvar" metrosu istiqamətində polislə aralarında yaranmış anlaşılmazlıq nəticəsində cərimə edilib. Daha sonra etdiyi müraciətdən sonra Yasamal rayon Polis İdarəsinin rəisi polkovnik cənab Cəmil Əmirovun qəbulunda olub və məsələ araşdırılaraq ona tətbiq etdilmiş cəriməyə xitam verilib:
"Hörmətli cənab nazir!
Müraciətimə diqqətlə və operativ reaksiya verdiyinizə görə, Sizə dərin təşəkkürümü bildirir, çətin, məsuliyyətli və şərəfli işdə rəhbərlik etdiyiniz nazirliyin hər bir əməkdaşına uğurlar diləyirəm!
24 mart tarixində "20 Yanvar" metrosu istiqamətində avtomobildən düşəndən bir qədər sonra, iki polis əməkdaşı mənə yaxınlaşıb, ad və soyadımı soruşdular. Onlara ad və soyadımı bildirdim. Mənə karantin qaydasını pozduğumu dedilər. Mən isə açıq havada maska qadağasının olmadığını dedim. Daha sonra polis əməkdaşı mənə bildirdi ki, maşında maskasızam. Ona maşında maska taxdığımı, düşəndən sonra maskanı çıxartdığımı vurğuladım. Daha sonra EXP1298053 protokol üzrə 24.03. 2022 tarixindən etibarən mənə tətbiq edilmiş icra qərarı qüvvəyə minib.
31 mart tarixində Yasamal rayon Polis İdarəsinin rəisi polkovnik cənab Cəmil Əmirovun qəbulunda oldum. Cənab polkovnik baş vermiş anlaşılmazlığı dərhal araşdıraraq, mənə tətbiq edilmiş cəriməyə xitam verildi. Eyni zamanda problemimə diqqətlə yanaşan Yasamal rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi Natiq Pircanova da təşəkkürümü bildirirəm.
Cənab Cəmil Əmirov rəis olduğu müddətdə Yasamal rayon Polis İdarəsində vətəndaşların müraciətinə vaxtında baxılmasını təmin edir, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması, vətəndaş məmnunluğunun təmini üçün əlindən gələni əsirgəmir. Daimi olaraq vətəndaşların fikirlərini dinləyir, hamını qanunlara, cəmiyyətə hörmət etməyə dəvət edir, hüquqi maarifləndirmə işləri aparır.
Polis-vətəndaş münasibətlərinin müsbət yöndə inkişafının nəticəsidir ki, hər gün Daxili İşlər Nazirliyinə əməkdaşların peşəkarlıqlarını əks etdirən onlarla təşəkkür məktubu ünvanlanır".
Tarix: 01 aprel 2022
Baxış: 216
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş