Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Putinin 4 ölümcül səhvi: Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru bir-bir sadaladı

Rusiyanın Ukraynaya müdaxiləsinin Putinin istədiyi kimi getmədiyi ilə bağlı bəyanatlar günü-gündən artır. Əvvəllər Rusiyada səfir olan ABŞ Müdafiə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Skott Berrier “Putin tezliklə hərbi qələbə qazanacağını düşünürdü” deyərək Rusiya liderinin səhv hesablamalarını açıqlayıb.
Skott Berrier Ukraynaya hücumda həyatını itirən Rusiya əsgərlərinin sayının 2-4 min arasında olduğunu açıqlayıb.
Rusiya tərəfi yaxın günlərdə bu rəqəmin 500 civarında olduğunu bildirsə də, Kiyev administrasiyası itkilərin 12 minə çatdığını bəyan edib.
“Hər şey haqqında yanıldı”
ABŞ-ın gümanının kəşfiyyat və açıq mənbə hesabatlarına əsaslandığını bildirən Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berrier isə "Planları çox pis idi" deyib.
Eyni zamanda, MKİ rəhbəri çox tənqidi açıqlamalar verib.
Uilyam Berns Rusiyanın Ukraynaya müdaxiləsinin Vladimir Putinin ümidlərini doğrultmadığını və Rusiya liderinin hərbi əməliyyatları gücləndirmə ehtimalının olduğunu vurğulayıb. Berns Rusiya liderinin səhvlərini belə sıralayıb:
Putin Ukraynanın zəif olduğunu güman edirdi, Avropanın diqqətinin yayındırıldığına və sərt reaksiya verməyəcəyinə inanırdı. O,  Rusiya iqtisadiyyatının sanksiyalara tab gətirməyə hazır olduğunu düşünür və Rusiya ordusunun modernləşdirildiyinə də inanırdı.
2005-2008-ci illərdə ABŞ-ın Rusiyadakı səfiri vəzifəsində çalışmış Berns, "Onun hər şeyə görə səhv olduğu sübuta yetirilib" deyib.
“Qəzəblidir və məyus durumdadır”
Berns Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi qarşısında deyib: “Məncə, Putin hazırda qəzəblidir və məyusdur”.
Berns əlavə edib: “O, yəqin ki, hücumları ikiqat artırmağa və mülki itkilərdən asılı olmayaraq Ukrayna ordusunu darmadağın etməyə çalışacaq. Onun hərbi planları və fərziyyələri baş verənlərin əksinə olaraq sürətli və qəti qələbəyə əsaslanırdı”. \\Lent.az

Tarix: 10 mart 2022
Baxış: 151

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş