Xəbər lenti
Reklam
Azərbaycan Ordusunda həyəcan siqnalı: Raket və artilleriya bölmələri mövqe tutdu - VİDEO
Bu ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunun raket və artilleriya bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir.

Müdafiə Nazirliyindən Gender.az-a verilən məlumata görə, daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edən raket və artilleriya bölmələri təyin edilmiş marşrutlarla hərəkət edərək atəş mövqelərini tutublar.

Keçirilən məşğələlərdə əsas diqqət Vətən müharibəsində əldə edilmiş döyüş təcrübəsi nəzərə alınmaqla, komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsinə, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə suallarının məşq etdirilməsi və hərbi qulluqçuların praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.

Tarix: 07 fevral 2022
Baxış: 125

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş