DSMF-nin binasına benzin töküb yandırmaq istədi – Polis hərəkətə keçdi və…
Dünən günorta saatlarında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə naməlum şəxs tərəfindən benzin tökülərək az bir hissəsi yandırılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov açıqlamasında bildirib ki, məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən şəhər sakini, 2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olan ruhi-əsəb xəstəsi M. Ə. Yevlax rayonu ərazisində saxlanılaraq şöbəyə gətirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Tarix: 26 yanvar 2022
Baxış: 150
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş