Redaktor seçimi
    XİN: Şanlı bayrağımızın bütöv Azərbaycanda əbədi dalğalanmasını arzulayırıq
Xəbər lenti
Reklam
Müzakirələr gedir, bu, Azərbaycan və Ermənistanın ən böyük qələbəsidir - Simonyan

Hazırda Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyanın haradan davam edəcəyi ilə bağlı müzakirələr gedir.
Gender.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Simonyan hesab edir ki, sərhədlərin delimitasiyası komissiyaları haqqında reqlamentin mövcudluğu həm Azərbaycanın, həm də Ermənistanın ən böyük qələbəsidir.
"Bu, ikitərəfli qələbədir, bu, Ermənistan və Azərbaycan arasında ilk dövlətlərarası sənəddir, onun həyata keçirilməsi iki ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün ən mühüm təməl daşlarından biridir", - o deyib.
Alen Simonyan Ermənistanla Azərbaycan arasında bu məsələdə müsbət prosesin baş verəcəyinə ümidlə baxır.
O bildirib ki, hazırda demarkasiyanın haradan davam etdirilməsi ilə bağlı qərar yoxdur.
"Hazırda delimitasiyanın harada davam edəcəyi ilə bağlı müzakirələr gedir", - Simonyan bildirib.
Spiker onu da əlavə edib ki, siyasi iradə olarsa, bütün məsələləri həll etmək olar.
“Hesab edirəm ki, aparılan müzakirələr də buna yönəlib”, - o bildirib. \\Ölkə.Az

Tarix: 04 noyabr 2024
Baxış: 54

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş