Vətənin qurtuluşu, qürurudur şəhidim!
İstiqlalın ən parlaq bir nurudur şəhidim!
Torpağı qorumaqçün düşünmədən can qoyan
Vətənin ən hörmətli övladıdır şəhidim!
Qorxmayaraq heç nədən, sipər edib canını,
Qoruyub vətəninin namusunu, qeyrətini, arını,
Al qanıyla tarixə öz vətən sevdasını
Əbədi həkk eyləyən qəhrəmandır şəhidim!
Səni öz qəlbimdə yaşadacağam.
Adına heykəllər ucaldacağam.
Əmanət qoyduğun doğma torpağı
Mən də sənin kimi qoruyacağam.
Xalqın ürəyində yaşa, şəhidim
Dualı dilimdə yaşa, şəhidim.
Tarix yazılacaq hünərinizdən
Alqış söyləyəcək nəsillər sizə,
Vətən sevginizə, əməlinizə...
Torpağı vətən edən şəhidimin qanıdır.
O bir xalq qəhrəmanı, o bir xalq dastanıdır.
Polkovnik, mayor, gizir, ya da sıravi əsgər,
Polad Həşimov adlı generaldır şəhidim.
Doğma Vətən! Azərbaycan!
Oğulların bir qəhrəman.
Sənin üçün keçib candan
Ölməzliyi qazandılar,
Şəhid olub səmalara ucaldılar.
Səma Qasımova,
Xəzər Universitetinin tələbəsi