Redaktor seçimi
    Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib – FOTO
Xəbər lenti
Reklam
Bayrağa görə üzr istəyən deputat təhqir olundu - "Mən utanıram..."

Ermənistan Parlamentinin üzvü Hovik Ağazaryan İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması insidenti ilə bağlı üzr istəyib.
Erməni deputat bu barədə sosial şəbəkədə paylaşım edib.
"Mən bir vətəndaş və deputat kimi xalqımdakı vəhşi və barbar tayfaların təzahürlərini tamamilə aradan qaldırmaq üçün mümkün olan hər şeyi edə bilmədiyimə görə bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm. Mən utanıram"- deputat paylaşımında qeyd edib.
Deputatın bu açıqlaması sosial şəbəkələrin Ermənistan seqmentində birmənalı qarşılanmayıb, bu etiraf ona baha başa gəlib. Belə ki, ermənilər növbəti dəfə öz dözümsüzlüyünü, barbarlığını nümayiş etdiriblər. Paylaşımının rəy hissəsində deputatın ünvanına olduqca kəskin tənqid və təhqirlər yazıblar.\\AZİMFORM.AZ

Tarix: 15 aprel 2023
Baxış: 253

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş