Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Ağır xəstəlik keçirdi, qardaşı müharibədə həlak oldu, ən yaxın dostu ilə illərlə küsülü qaldı...

Gender.Az müğənni Elxan Şirinov haqqında maraqlı faktları təqdim edir.
Elxan Şirinov 1 sentyabr 1963-cü ildə İmişlidə anadan olub. Orta məktəbi bitirdikdən sonra Xarici Dillər Universitetində alman və ingilis dili müəllimi olaraq ali təhsil alıb.

***

30 yaşında dissertasiya müdafiə edərək filologiya elmləri namizədi adını alır. Hazırda filologiya üzrə fəlsəfə doktoru olan Elxan Şirinov həm də dosent və Amerikaşünasdır.


Musiqi sahəsinə 90-cı illərdə gələn Elxan Şirinov "Sən ağlama", "Qurbanın olum", "Sənsiz", "Başqa birisini sevə bilməzsən", "Mən yenə axşamları tək dolaşıram", “İki damla yaş” lirik mahnıları ilə tamaşaçıların sevgisini qazanıb.
***
Elxan Şirinov yaradıcılığının ən məhsuldar dövründə ağır xəstəlikdən əziyyət çəkir, bir müddət efirlərdə görsənmir. Onun haqqında müxtəlif şayiələr dolaşır. Kimisi onun infarkt, kimisi insult keçirdiyini deyir.


Uzun zamandan sonra müğənni yenidən efirlərdə görünməyə başlayır. Amma bu dəfə tamaşaçılar onun sağ tərəfinin hərəkətsiz olduğunu sezilər. Uzun müddət xəstəliyi barədə susan müğənni nəhayət müsahibələrinin birində bu haqda deyir:
“Hər şeydə özüm günahkaram. Mənim elə sağ tərəfim zəifdir. Beyindən əməliyyat olundum. Orda üzüm buğumu artıq damarlar vardı, onlar ləğv olunmalı idi. İki hissədən ibarət əməliyyat idi. Biri 1997-ci ildə oldu, 99-da qurtardı. O biri əməliyyatım isə 2006-cı ildə başlayıb, 2008-ci ildə bitdi. Moskvadan tam hesabat verdilər ki, mən tam sağlam insanam. Bu əməliyyatların fəsadı sağ tərəfimin zəifliyi ilə nəticələndi. Bu da mənə bir az motivasiya verdi. Həkim dedi ki, sən özün sağ tərəfini qurban verdin. İndi nə qədər istəyirdim sağ tərəfini açmağa çalış. Mən ömür boyu qorxu ilə yaşaya bilməzdim. Əməliyyat olmalıydım ki, sağlam yaşaya bilim”.


1972-ci ildə müğənninin 19 yaşlı bacısı ağır xəstəlikdən vəfat edib. 1980-ci ildə isə qardaşı Əfqanıstan müharibəsində həlak olub. Bu hadisədən sonra onun atasının gözləri tutulur. O, ömrünün sonuna qədər dünya işığından məhrum olub. Atası dünyasını dəyişəndə, Elxan onun yanında ola bilmədiyi üçün sonralar bunun peşmançılığını yaşayıb.
***
Elxan Şirinov toy məclislərində, el şənliklərində müğənni kimi çıxış etməyi sevməyib. Bu haqda ona sual verəndə belə cavablandırıb:
“Bütün uğurum, müvəffəqiyyətim üçün düşmənlərimə borcluyam. Gözəl düşmənlərim var. Yaradıcı insan üçün bu yaxşıdır. Daim yaratmaq, dayanmamaq istəyirəm. Sənətimi də, özümü də, görünüşümü də qısqananlar var. Toylara isə çox getmirəm. Yalnız dost-tanış, qohum-əqrəba toyuna gedirəm”.

Xəstə yatdığı vaxtlarda müğənni həmkarl və sənət dostu Cabbar Musayevdən incik düşüb. Bu barədə Elxan Şirinov deyir:

"Maksimalist insanlar xoşu gəlməyəndə üz döndərib, çıxıb gedirlər. O da onlardan biridir. Əgər bir adama sən ürəyini çıxardıb verirsənsə, o, ona sahib çıxmalıdır. Mən elə bilirdim ki, mən xəstələnəndə Cabbar mənim yanımdan əksik olmayacaq. O, nələr etdiyimi çox yaxşı bilir. Özü də etiraf edib. Mən yenidən oxumaq istəmirdim. İlahi qismət elədi və mən əvvəlkindən də populyar oldum. İnsanlar mənim xəstəliyimlə, sənətimlə maraqlanmağa başladı. Amma o insanların içərisində dostlarımı da axtarırdım. Mənim öz günahımdır ki, mənim ürəyimdən keçən şeyləri onlar mənə vermədilər. Heç nəyi ummayan bir insan idim, amma o ərəfədə diqqət umurdum. 50 ildə ilk dəfədir ki, bu səpkidə söhbət edirəm. Gərək dost seçəndə hərtərəfli düşünəsən. Mən onlardan küsmürəm. Sadəcə, üz çevirib çıxıb gedirəm".


Müğənni Könül Kərimovanın sözlərinə görə Elxan Şirinov bu məsələ ilə bağlı onunla da küsülüdür.
"Cabbar Musayevlə Elxan Şirinov çox yaxın dost olublar. O, Cabbara görə mənimlə də danışmır. Onlar arasında qalmaqal olanda qarışmadım. Fikirləşdim ki, özləri bilərlər. Amma mən bu gün də Elxan Şirinovu görsəm, salamlaşaram, qucaqlayıb öpərəm. Məndə kin yoxdur. Biz və digər müğənnilər Elxan Şirinovun mahnıları ilə tanınmışıq, onları uzun müddət oxumuşuq. Ən azından o mahnılara görə onunla danışaram".
***
Elxan Şirinov bir dəfə ailə həyatı qurub. Həmin evlilikdən müğənninin bir oğlu dünyaya gəlib. \\Kulis.az

Tarix: 07 oktyabr 2022
Baxış: 1 203

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş