Bu məqaləmiz Pəhləvi sülaləsinin banisi
Rza şahın
və arvadı Nimtac xanımın ilk övladı olan şahzadə Şəms haqqındadır.
O, 1917-ci ildə dünyaya gəlmişdi. Atası kazak diviziyasında hələ polkovnik idi, heç general da deyildi. Amma Şəmsin 8 yaşı olanda atası taxta çıxaraq, İran şahı oldu. Onu da deyim
ki, bəzi mənbələrdə anadan olarkən adının Xədicə olduğu, atasının taxta çıxmasından sonra Şəmsülmülk titulunun verildiyi, nəticədə qısaca Şəms deyildiyi iddia olunur.
Onun adı ictimai fəaliyyətlə bağlı ilk dəfə 1932-ci ildə çəkilir. Həmin il Tehranda Şərq qadınlarının ikinci konfransı keçirilir. Avstraliya, Çin, Əfqanıstan, Hindistan, İndoneziya, İraq, İran, Livan, Misir, Suriya, Tunis, Türkiyə, Yaponiya, Yunanıstan
və Zənzibardan nümayəndələrin iştirak etdiyi konfransda 15 yaşlı Şəms fəxri sədr, Sidiqə Dövlətabadi adlı iranlı feminist isə katib seçilir.
Bu illərdə
Rza şah qadınların emansipasiyası siyasətini yürüdürdü. 1936-cü ilin
yanvarın 8-də Şəms, anası Tacülmülk
və bacısı Əşrəflə birlikdə Tehran pedaqoji kollecində buraxılış tədbirində iştirak etdilər. Qadınların üçü də çadrasız, Qərb geyimində idilər. Onların şəkilləri qəzetlərdə dərc olundu
və elə həmin gün şahın hicab örtməyi qadağan edən, sonradan “kəşf-e hicab” (hicabın açılması) adını alacaq fərmanı çıxdı.
Amma emansipasiya öz yerində, şah 1937-ci ildə Şəmsin rəyini soruşmadan onu Firudin Cəmə ərə verdi. Damad həmin dövrdə (1935-1939) İranın baş naziri postunu tutan Mahmud Cəmin oğlu idi. Şəms ərini sevmirdi
və 1944-cü ildə, atası vəfat edəndən dərhal sonra ondan boşandı.
1941-ci ilin yayında İran Böyük
Britaniyavə SSRİ qoşunları tərəfindən işğal olundu. Bu iki ölkə şahı almanpərəst siyasət yürütməkdə ittiham edərək, oğlunun xeyrinə taxt-tacdan əl çəkməyə vadar etdilər. Keçmiş şah əvvəlcə Mavrikiyə, sonra da Cənubi Afrikaya göndərildi. Onu bu sürgündə müşayiət edənlər arasında qızı Şəms də vardı. Sonralar bu barədə xatirələrini “Ettelaat” qəzetində dərc etdirdi.
Şəms 1945-ci ildə Mehrdad Pahlbodla (İzzətullah Minbaşian) ailə qurdu.
Əri musiqiçi ailəsindən çıxmışdı. Onun babası Qulamrza Minbaşian İran klassik musiqisinin banilərindən sayılırdı. Atası
və əmisi də musiqiçi idilər.
Bu nikah şahın ürəyincə olmadı
və cütlük 1945-1947-ci illərdə mühacirətdə yaşamalı oldu. Şəmsin hətta ülyahəzrət şahzadə titulu da əlindən alındı, amma sonra qaytarıldı
və onlara İrana qayıtmaq icazəsi verildi. Mehrdad hətta 1964-1978-ci illərdə İranın mədəniyyət naziri vəzifəsini tutdu. Şəms isə “Qırmızı xaç
və Qızıl Aypara” təşkilatının İran analoqu olan “Qırmızı şir
və günəş (şir-i xurşid – red.) təşkilatı”na 1978-ci ilə qədər rəhbərlik etdi. Onların iki oğlu
və bir qızı oldu.
Amma bütün bunlar hələ sonra baş verəcəkdi…
İrana qayıtdıqdan bir müddət sonra isə Şəms
və ailəsi yenidən ölkədən didərgin düşdülər. Bu, 1952-53-cü illərdə Müsəddiqin baş nazir olduğu dövrdə cərəyan edən hadisələrlə bağlı idi. Baş nazir CİA-in hazırladığı əməliyyat nəticəsində devrildikdən sonra ailə yenidən ölkəyə qayıtdı.
Bu iki hadisə arasında isə şahzadə xristianlığın katolik məzhəbini qəbul etdi. Onun təsiri ilə əri
və övladları da eyni addımı atdılar. Aydındır
ki, bu məsələ xalqdan gizli saxlanılırdı. Şəms 1974-cü ildə əri ilə birlikdə Vatikana gedərək, Roma Papası ilə görüşdü, amma bu görüşlər mətbuatdan gizli qaldı.
Şahzadə astmadan əziyyət çəkirdi
və buna
görə Tehranda yox, quru iqlimi ilə seçilən Kərəcdə yaşamağa üstünlük verirdi. O, burada əvvəllər 3 min hektar əraziyə malik idi. Şahın Ağ inqilab adlı islahatları başlayanda dövlətin ayırdığı pul müqabilində ərazinin çoxu kəndlilərə verildi, özündə 111 hektar qaldı.
Həmin ərazinin bir hissəsində görünüşü səbəbindən “Miravari sarayı” (Kax-e Morvarid) adlanacaq imarət tikdirmişdi. Dahi amerikalı memar Frenk Lloyd Raytın yaratdığı “Taliesin Associated Architects” firması tərəfindən tikilən saray 1 milyon dollara başa gəlmişdi. Bu da sarayın istifadəyə verildiyi 1969-cu ildə indikindən qat-qat böyük məbləğ idi.
Qızılbalıq yetişdirilən süni göl sarayın tikildiyi ərazini üç tərəfdən əhatə edirdi. Bundan başqa, ərazidə qolf sahəsi
və helikopter meydançası da vardı.
Şah ailəsinin bütün üzvləri kimi, Şəms də korrupsiyadan xali deyildi. O, İran iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin ya sahibi, ya da iri səhmdarı idi. Şahzadə qardaşından bir sıra güzəştlər qoparmışdı. Məsələn, idxal etdiyi heç nəyə
görə gömrük rüsumu ödəmirdi. Şəmsin bu imtiyazından özü ilə yanaşı, başqa idxalçılar da istifadə edirdilər. Verilən rüşvət müqabilində onun şirkətlərinin adı ilə mal idxal edilirdi.
Bununla belə, Şəms bacısı Əşrəf qədər İran cəmiyyətində nifrət qazanmamışdı. Bunu da, çox güman
ki, siyasətə
qarışmaması ilə izah etmək olar.
İranda inqilabi hərəkatın çox təhlükəli şəkil aldığı bir zamanda, 1978-ci ilin sonlarında Şəms ailəsi, eləcə də anası ilə birlikdə İranı tərk etdi. Onlar ABŞ-da əvvəlcə Beverli-Hillzdə məskunlaşdılar. Amma Amerikada təhsil alan iranlı tələbələrin hücumu üzündən bir neçə dəfə yerlərini dəyişməli oldular. Nəhayət, gərginlik azalandan sonra Santa Barbarada yaşadılar.
Şəms Pəhləvi 1996-ci ildə Santa Barbarada xərçəngdən vəfat etdi
və yerli qəbiristanlıqda xristianlıq qaydalarına əsasən dəfn edildi. Əri Mehrdad isə
2018-ci ildə 101 yaşında vəfat etdi.
Şahzadənin məşhur Mirvari sarayı isə XXI əsrin əvvəllərində İranın mədəni mirası kimi qeydə alındı. Buna baxmayaraq, tikili baxımsızlıq ucbatından bərbad vəziyyətdədir. İranın mədəniyyət xadimləri bununla bağlı tez-tez həyəcan təbili çalırlar. Amma sarayın təmiri bir neçə milyon
dollar tələb edir
ki, İranın maliyyə vəziyyəti də buna imkan vermir. \\24 saat.org