Xalq artisti, rejissor Şeyx Əbdül Mahmudbəyov Rusiya Prezidenti Vladimir Putinə teleqram vurub.
Bu barədə sənətkarın özü məlumat verib.
Sənətkar teleqramda Rusiya Prezidentinə ermənilərin xəyanətindən söz açdığını vurğulayıb:
"Yazdım, cənab Putin, bizə 200 ildir olan-olub. Növbəti erməni xəyanəti Rusiyada olacaq, görün ermənilər rusların başına nə oyunlar açacaq”.
Rejissor hesab edir ki, bu gün yaltaq politoloqların müşahidələrinə, fikirlərinə aldanmaq olmaz:
"Onlardan bir şey çıxmayıb. Bu gün Azərbaycanda müharibəni, iqtisadiyyatı, siyasəti, ideologiyanı aparan bir şəxs var - o da Prezident İlham Əliyevdir, vəssalam”. \\ Qaynarinfo