Koreya seriallarının Azərbaycanda yayımlanması müzakirə olundu
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmovla Koreyanın Azərbaycandakı səfiri Kim Tonq-Op arasında görüş keçirilib.
Gender.az-ın MTRŞ-ya istinadən verdiyi xəbərə görə, N. Məhərrəmov Azərbaycanda televiziya və radio yayımı, MTRŞ-nın əsas funksiya və vəzifələri haqqında qonağa geniş məlumat verib.
Səfir Koreyada bu sahədə olan vəziyyət barədə, həmçinin yayım tənzimləmə funksiyasını həyata keçirən Koreya Televiziya və Radio Yayım Komitəsi barədə danışıb.
Görüş zamanı Koreya film və seriallarının Azərbaycanda yayımlanması məsələsi, televiziya və radio yayımı sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və digər əlaqəli məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Tarix: 11 mart 2019
Baxış: 585
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş