Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Kişineuda Nizami Gəncəvinin xatirə barelyefi QOYULACAQ

Moldovanın Kişineu şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin xatirə barelyefi qoyulacaq.
Artıq Azərbaycanın Moldovadakı səfirliyi ilə Kişineu meriyası arasında barelyefin quraşdırılması üçün işlərin razılaşdırılması yekunlaşmaq üzrədir.
Dahi şairin xatirə barelyefi mərmərdən hazırlanıb və yaxın zamanda səfirliyin binasının küçə hissəsindəki divara qoyulacaq.
Xatırladaq ki, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan Nizami Gəncəvi 1141-1209-cu illərdə Gəncə şəhərində yaşayıb yaradıb. Nizami Gəncəvi lirik şeirlərin, “Xəmsə” (“Beşlik”) adı ilə məşhur olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” poemalarının müəllifidir.
Qeyd edək ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncam imzalayıb. \\Report


 


Tarix: 29 mart 2021
Baxış: 455

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş