Tanınmış teatrşünas KULIS.AZ tarixi təhrifinə cavab yazdı
Tanınmış teatrşünas Anar Burcəliyev KULIS.AZ tarixi təhrifinə cavab yazdıKULIS.AZ YENƏ TARİXİ FAKTLARI TƏHRİF ETDİ..... NİYƏ ????
YAZILAN HƏR BİR İLKİN MƏNBƏ TARİXİ FAKTLARIN ARAŞDIRILMASINDA ƏSAS ŞƏRTDİR.
KULIS.AZ - da xalq artisti, qocaman səhnə ustası Ələddin Abbasov haqda olan bu yazını maraqla oxudum. Ancaq bildirmək istəyirəm ki, aktyorun ən yadda qalan obrazı olan "Dəli Kür" filmində Cahandar ağa obrazına çəkilməsi haqqında olan fikirlərdə yanlışlıqlar var. Bu da ondan irəli gəlir ki, faktlar müəlliflər tərəfindən dəqiqliklə öyrənilmədən yazılır. Belə ki, KULIS.AZ qeyd edir ki, mərhum sənətkarımız Ədil İsgəndərov onu Gəncə teatrının səhnəsində "Dəli Kür" pyesinin tamaşasında Cahandar ağa obrazında gördüyü üçün bu obraza dəvət edib. Əslində sayt bununla çox böyük bir tarixi təhrifə yol verir. Qeyd etməliyəm ki, İsmayıl Şıxlının "Dəli Kür" romanı əsasında Mailə Muradxanlının səhnələşdirdiyi eyni adlı "Dəli Kür" pyesi quruluşçu rejissor, xalq artisti Vaqif Şərifovun quruluşunda Gəncə teatrının səhnəsində 1986-cı ildə ilk dəfə olaraq hazırlanıb və tamaşaya 21 may 1986-cı ildə ilk ictimai baxış keçirilib. "Dəli Kür" filmi isə 1969-cu ildə çəkilib. Mərhum sənətkarımız, xalq artusti Ədil İsgəndərov isə 1966-1974-cü illərdə kinostudiyaya rəhbərlik edib və 18 sentyabr 1978-ci ildə vəfat edib. Beləliklə Ədil İsgəndərovun Gəncə teatrının səhnəsində Ələddin Abbasovu Cahandar ağa obrazında gördüyü üçün bu obraza dəvət etməsi fikri tamamilə absurddur. O ki, qaldı filmin sınaq çəkilişlərinə qeyd etməliyəm ki, xalq artistləri Ələddin Abbasov və Məhəmməd Burcəliyev hər ikisi bu filmdə Allahyar obrazına dəvət olunublar. Foto və kino probdan sonra "Mosfilm" Ələddin Abbasovu Cahandar ağa, Məhəmməd Burcəliyevi isə Allahyar obrazlarına təsdiq ediblər. Çünki o dövrdə son qərarı "Mosfilm" verirdi.
Tarix: 10 avqust 2020
Baxış: 932
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş