Özbəkistanlı müğənni Nərgiz zakirova "Instagram"da Özbəkistanı etibarsız ölkə adlandıraraq, vətənini tərk etdiyini və hazırda ABŞ və İsrail bayraqları altında çıxış etdiyini bildirib.
İzləyicilərdən birinin Özbəkistanın onu doğrudan da qovub-qovmaması ilə bağlı sualını cavablandıran Nərgiz "etibarsız ölkələri özünün qovduğunu" bildirib.
Bundan sonra ifaçı İsrail və ABŞ bayraqları ilə şərh verərək, vətəni və bayrağı olduğunu yazıb. Müğənni tezliklə yeni hitləri ilə tamaşaçılarını sevindirəcəyinə söz verib, ruhunun, vicdanının nurlu olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl Nərgiz Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatı tənqid edib. 2022-ci ilin mayında o, Domodedovo hava limanında saxlanılaraq Özbəkistana deportasiya edilib. Müğənninin 2072-ci ilə qədər Rusiyaya girişi qadağan edilib. Krıma səfər etdiyi üçün onun Ukraynaya girişi də qadağan olunub.
Bu yaxınlarda uzun illər Rusiyada karyera quran Nərgiz Zakirova Rusiya hakimiyyətini Avropa turnesini ləğv etməkdə ittiham edib.
"Konsertlərimin bütün ləğvləri mənim istəyimlə və xüsusən də mənim günahım üzündən baş vermir. Qastrolların və konsertlərin təşkilatçıları Rusiya hakimiyyətindən ləğv etmək əmri alaraq, bu barədə mənə şəxsən məlumat verməyi lazım bilməyiblər", deyə müğənni qeyd edib. \\Qaynarifno.Az