Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
"Anamın dərmanlarını atamın dostları alır" - Arif Quliyevin oğlu

Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar ağır xəstəlikdən əziyyət çəkir.  
Aktyorun oğlu Rövşən Quliyev Axşam.az-a açıqlama verərək, anasının vəziyyətindən danışıb. O bildirib ki, anasının dərmanları çox bahadır:
"Anam qaraciyərindən əziyyət çəkirdi. 10 gündür ki, insult keçirib. Sol tərəfi - ayaq və əl işləmir. Müalicəsi evdə gedir. Atam xəstəxanada dünyasını dəyişdi, ona görə də anamın müalicəsini evdə edirik. Həkimlər gəlib evdə baxır. Dərmanları almağa gücümüz çatmır, atamın dostları yardım edir".
R.Quliyev atasından qalan evi satmalarına da aydınlıq gətirib. O bildirib ki, mənzili anasının xəstəliyinə görə satmayıblar:
"Daha böyük ev almışıq, ona görə satdıq". 

Tarix: 20 fevral 2024
Baxış: 157

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş