Xalq artisti Emin Ağalarov anası İrina Ağalarovaya həsr etdiyi mahnıya klip çəkdirib.
Gender.az xəbər verir ki, "Blaqodaru, Mama" adlanan mahnının müəllifləri İvan Maqda və Yekaterina Prixodkodur. Klipin rejissorluğunu Anna Ovçinnikova edib.
Bu barədə Emin sosial şəbəkə hesabında bildirib.
O, instaqram hesabında klipdən görüntülər paylaşaraq anasına təşəkkür edib:
"Bəzən bizi məsafələr, qayğılar və işlər, zaman ayırır. Lakin bu gərgin həyatda mənim üçün ən əsas və dəyişməz şeylər var – ailə və sevgi. Ana, istəyirəm ki, həmişə biləsən və yadda saxlayasan ki, mən səni çox sevirəm. Bu mahnı elə ilk notlardan ürəyimə yatdı, o mənim sənə olan münasibətimi və minnətdarlığımı ifadə edir. Təşəkkür edirəm, Ana. Hələ çox illər yanımda ol. Sənin oğlun, Emin".