Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
86 nömrəli tam orta məktəbdə 9 noyabr - BAYRAQ GÜNÜ QEYD EDİLDİ (FOTO)




Xətai rayonunda 9 noyabr – Bayraq gününə həsr edilmiş silsilə tədbirlər davam edir.  Həmin tədbirlər çərçivəsində  noyabrın 8-də Bakının Xətai rayonundakı  M.Nəcəfov adına 86  nömrəli tam orta məktəbdə Bayraq Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.  
“Bir kərə yüksələn bayraq bir daha enməz!” adlı tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Üçrəngli dövlət bayrağımız təntənəli musiqi sədaları altında səhnəyə gətirilmişdir.
Tədbiri giriş sözü ilə açan məktəb direktoru Cavid Əliyev Dövlət Bayrağı günü münasibətilə tədbir iştirakçılarını - məktəbliləri təbrik edərək xoş arzularını bildirdi. Daha sonra Bayraq Gününün keçirilmə tarixi barədə qısa məlumat verdi və onu da qeyd etdi ki, bu həftə məktəbdə  ilk dərslər “Bayraqları bayraq edən üstündəki qandır…” mövzüsuna həsr olunmuş, keçirilən dərslərdə şagirdlər  dövlət atributları haqqında geniş məlumatlar almış  və müxtəlif təqdimatlar etmişdilər.
Həmçinin, dövlətin atributlarından biri olan bayrağın müstəqilliyin, dövlətçiliyin və dövlət quruculuğunun rəmzi hesab olunmasından, sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılmasından və dünyanın ən uca bayrağının - Azərbaycan bayrağının təntənəli qaldırılmasından danışmışdır. Belə ki, hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğunu, dövlət bayrağımızın indiyədək dəfələrlə dəyişdirildiyini, sovet imperiyasının əsarətindən qurtulandan sonra üçrəngli bayrağımızın yenidən bərpa olunduğunu diqqətə çatdırmışdır.
Tədbirdə bir çox qonaqlar - Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, sabiq direktor Hidayət Əliyev iştirak etmişlər.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin “Bayrağı sevmək, onu uca tutmaq hər bir vətəndaşın borcudur” sözlərini xatırlatmış, dövlətimizin müqəddəs rəmzlərindən olan bayrağımızın doğma Qarabağımızda dalğalanmasını arzulamış, məktəblilərin bayrağa və digər dövlət rəmzlərinə hörmətlə yanaşmasının vacibliyini vurğulamışlar. Tədbir boyu qonaqlar şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda ifa olunan şeir və mahnılarını dinləyib, rəqslərə tamaşa edərək, mövzu ilə bağlı video çarxları izlədilər.
Sonda məktəbin direktoru Cavid Əliyev tədbir iştirakçıları və tədbirin hazırlanmasında əməyi keçən müəllimləri fəxri fərmanla təltif etdi.
Mövzuya dair fotomaterillar:
 
  
 
 
Mətanət imanquliyeva
Gender.az
Tarix: 09 noyabr 2019
Baxış: 51860

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş