Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Valideynin razılığı olmadan şagirdi yarışa çıxaran idman müəllimindən BİABRÇILIQ
                                                   

Binəqədi rayon Gənclər şəhərciyində yaşayan Xəyalə Abdullayeva redaksiyamıza müraciət edərək, Azərbaycan Kyokuşinkaykan Karate və Ciyutaido Federasiyasının nəzdində fəaliyyət göstərən X.F idman klubundan narazılığını dilə gətirib. O qeyd edib ki, övladı bir il olar ki, Faiq Xosrovlunun rəhbərlik etdiyi kluba Kyokuşinkaykan idman növü üzrə gedir. Xəyalə Abdullayeva qeyd edib ki, Faiq Xosrovlu onun övladını bilərəkdən özündən yaşca böyük uşaqla yarışa yazıb. Məqsəd isə süni olaraq qarşı tərəfə birincilik vermək olub:

"Oğlum Binəqədi Gənclər şəhərciyində yerləşən Xosrovlu Faiqin rəhbəri olduğu idman klubunda məşqə gedir. Övladım artıq bir ildir ki, idman zalına gedir. Yarışlar az olanda uşağıma münasibət də yaxşı olub. Onun yanına gələn uşaqların sayı artmağa başlayanda isə münasibət tamamilə dəyişdi. Birinci yarışdan sonra da uşağımın kiminlə tatamiyə çıxacağı valideyn olaraq mənə xəbər vermilmir. Yarışda iştirak edəcək uşaqların və kiminlə tatamiyə çıxacağını isə ancaq öz yaxın adamları bilir. Zallar arası yarışda övladım yaşca özündən böyüklə tatamiyə çıxmayıb. Amma ikinci yarışda isə Faiq Xosrovlunun katibəsinin oğlu ilə tatamıiyə çıxıb. Katibəsinin uşağı 7-ci sinifdə təhsil alır. Oğlum isə 4-cü sinifdə oxuyur. Təsəvvür edirsiniz ki, 7-ci sinifdə oxuyan uşaq 4-cü sinifdə oxuyan oğlumla bir tatamiyə çıxır...Çünki qarşı tərəfə birincilik vermək istəyirdilər. Qarşı tərəf isə döyüşkən uşaq olmayıb. Bilərəkdən özündən yaşca balacayla, məhz mənim oğlumla yarışa salınır ki, qarşı tərəf qalib gəlsin. Mən əvvəldən də bildirmişdim ki, valideyn olaraq yarışın setkası mənə deyilməsə mən övladımı yarışa buraxmayacam".

Şikayətçinin sözlərinə görə, yarışlardan əvvəl valideynlərə nə qol çəkdirilib, nə də onların razılığı alınıb. Sonuncu yarışda isə o Faiq Xosrovludan bunu tələb etdikdə, Xəyalə Abdullayevanı və övladını zaldakı insanların içində təhqiredici formada zaldan kənarlaşdırmağa cəhd edib:

"Onu da qeyd edim ki, indiyənə qədər yarışlarda bizə nə qol çəkdirilib, nə də valideyn olaraq razılığımız alınmayıb.Bildiyim qədəri ilə yarışdan əvvəl valideynin razılığı olmalıdır. Bununla bağlı katibəsinə də dəfələrlə bildirmişəm. O da bildirmişdi ki, sonuncu yarışda validenlərin imzası olacaq. Oğlum yarışdan əvvəl çəkiyə gedəndən sonra, mənə valideyn olaraq razılığımla bağlı qol çəkdirmək istədilər. Mən isə yarışın setkasına baxmağımı istədim. Çünki valideyn olaraq övladımın kiminlə tatamiyə çıxacağını bilmək istəyirdim. Tələb etməyimə baxmayaraq, mənə setka təqdim edilmədi. Daha sonra "whatsapp" qrupuna yarış setkasının şəklini atdılar. Oğlumun da adını siyahıda gördüm. Özündən yaşca böyük nəfərlə yarışa salınmışdı. Halbuki mən valideyn olaraq imza atmamışdım. Səhəri gün müəllimin yanına getdim. Ondan qol çəkmədiyim halda, uşağımın adınının niyə siyahıya salındığını soruşdum. O isə müxtəlif bəhanələr gətirərək, övladımın çəkiyə uyğun yazıldığını dedi. Daha sonra övladımı valiydenlərin və uşaqların içində zaldan çıxmağını tələb etdi. Mən isə ona dedim ki, valiyden olaraq mənim   ixtiyarım olmadan uşağımı çıxara bilməyəcəksiz. O isə üstümə yürüyərək məni vurmağa cəhd etdi. Bir nəfər kişi valideyn araya girərək araladı. Bu şəxs qol gücünə güvənərək valideynin üzərinə hücum etməyə cəhd edib. Səhəri gün yenidən getdim. Bildirdim ki, əgər siz övladımı yarışdan çıxarmısızsa, indiyənə qədər yarışlarda ödədiyim pulu geri qaytarın. Çünki artıq onun əvvəl qazandıqlarının da bir əhəmiyyəti qalmırdı. Bildirdi ki, mənə heç bir geri ödəniş etməyəcək və hara şikayət edirəmsə etməyimi istədi".

                                      


Mənbə: Hurriyyet.az
Tarix: 28 aprel 2022
Baxış: 288

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş