Xəbər lenti
Reklam
Gədəbəy rayonunda 28 May - Respublika günü QEYD OLUNUB - FOTO
 
28 May - Respublika günü münasibəti ilə Heydər Əliyev Mərkəzində “dəyirmi masa” keçirilmişdir

Gender.az-ın məlumatına görə, tədbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, rayonun ictimai həyatında fəal olan gənclər iştirak etmişdir.Tədbiri Rayon İcra Hakimyyətinin başçısı cənab İbrahim Mustafayev açaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi qiymətləndirmiş, gərgin  və mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsi olduğunu bildirmişdir. Qeyd etmişdir ki, 23 aylıq ömrü ərzində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla, demokratik dövlət quruculuğu, eləcə də digər sahələrdə atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrinin bərpası işində vacib rol oynadı. Azərbaycanın yenidən müstəqillik əldə etdikdən, 1991-93-cü illərdə mövcud olan xaos və anarxiya nəticəsində müstəqilliyimizi itirmək təhlükəsi ilə baş-başa qaldığı dövrdə Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri sayəsində müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadı və müstəqillik yolunda dönmədən, inamla irəlilədi. Bu gün bu siyasət Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.“Dəyirmi masa”da çıxış edən gənclər tariximizi bir daha vərəqləyərək cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən, demokratik hüquq və azadlıqların bərqərar olmasından və müstəqil dövlət quruculuğu istiqamətində gördüyü işlərdən danışdılar.Sonda Rayon İcra Hakimiyyəti başçısı İbrahim Mustafayev  tədbir iştirakçılarını  “28 May- Respublika Günü” münasibəti ilə  təbrik etmişdir.
Mövzuya dair fotomateriallar:
 
 
Tarix: 28 may 2019
Baxış: 6782

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş