İt kimi yaşayıb, insan kimi ölmək istəyirsənsə... - Fuad Poladov
Səməd Vurğun adına Rus Dram Teatrı. 3-cümərtəbə, 6-cı otaq. Fuad Poladovun qrimodası…Gölümsəyib əlini uzadır. Nədənsə, bugülüşdə, jestlərdə «Güllələnmə təxirəsalınır» filmindəki Xan obrazı canlanırgözümdə. Deyəsən, biz onu yaratdığıobrazların içində tamam-kamal itirmişik – özünü heç tanımırıq ki!Bəlkə, bu dəfə Fuad Poladovdan öz obrazını oynamasını xahiş edək?Bir dubl çəkək, görək alınırmı?I Kadr, I Dubl- Fuad Poladov obrazının cizgilərini necə təsəvvür edək? Biz sizi tanıyırıqmı?
- Tanımasanız yaxşıdır…
- Niyə? Dəhşətli obrazdır?
- (gülümsəyir) …
Alınmadı. Bir
də
cəhd
edək:II Dubl- Niyə sizi tanımayaq?
- Əslində, qismən də olsa, tanıyırsız. Aktyor oynadığı obrazlarda görünür: istər-istəməz öz xarakterindən, dünyagörüşündən bir damla da olsa, yaratdığı rolda canlanır. Xaraktercə özündən tamam fərqli bir obrazda belə aktyor özünü göstərir və obrazın inandırıcılığı, canlılığı aktyorun şəxsiyyətindən asılıdır. Əgər sən özün daxilən sütunsuz, bütöv deyilsənsə, böyük şəxsiyyət obrazını yarada bilməzsən. Obrazın arxasında aktyor şəxsiyyəti dayanır.
- Qəlibləşmiş bir fikir də var: aktyor obrazı, xarakteri yaşamalıdır, onu ruhuyla duymalıdır ki, yarada bilsin.
- Əlbəttə, bunsuz mümkün deyil.
II Kadr, I Dubl- Fuad Poladov yüzlərlə obraz yaradıb, yüzlərlə xarakter yaşayıb bu günədək. Bu qədər fərqli şəxsiyyətləri bir ruhda necə gəzdirirsiniz? Çətin deyil?
- İlkin vaxtlar çox çətin olur. Ancaq getdikcə, peşəkarlıq artdıqca öyrəşirsən – necə ki, idmançı bədəni fiziki cəhətdən hazırlıqlı olur, eləcə də aktyor ruhu vərdiş edir bu çətinliklərə, gərginliyə. Ona görə aktyor özünü formadan düşməyə qoymamalıdır, arxayınlıq yaranmamalıdır. Amma dediyiniz ağırlıq həmişə qalır…
II Dubl- Siz yaratdığınız obrazlara öz xarakterinizdən bir damla da olsa, verirsiniz. Bəs, hansı obrazlarınız var ki, onlardan «bir damlanı» öz xarakterinizə daxil etmisiniz? Heç ola bilməz ki, insan günlərlə, bəzən aylarla bir obrazla yaşasın, ancaq onun xarakterindən nələrisə mənimsəməsin…
- Bu, əsasən şəxsiyyətin formalaşdığı dönəmdə, yeniyetməlik çağında baş verir – oxuduğun əsərin, oynadığın tamaşaların qəhrəmanları, düşdüyün mühit, çevrən şəxsiyyətinin formalaşmasında öz təsirini göstərir. Məncə, insana daha çox düşdüyü mühit təsir edir. Əgər bəxtin gətirirsə, yaxşı adamların əhatəsinə düşürsənsə, insan kimi formalaşırsan…
- …Amma aktyora oynadığı obrazlar xaraktercə heç nə vermir?
- Mənim timsalımda, yox.
- Deməli, mühitdən danışacağıq. Bəxtiniz gətiribmi?
- Bu baxımdan hə: orta məktəbdən tutmuş sənətdə atdığım ilk addımlara qədər, yəni formalaşma dövrümdə böyük insanların əhatəsində olmuşam. Əlbəttə, ailə faktoru da ciddi səbəbdir.
- Kiminsə adını çəkmək istəməzsiniz?
- Niyə çəkmirəm? Hələ orta məktəbdə oxuyanda televiziyada bir uşaq rolu oynayırdım, Teatr İnstitutunun direktoru vardı, Rahib Hüseynov, gördü və məni instituta dəvət elədi, güclü xarakter sahibiydi; Ədil İsgəndərovun iki illik teatr kurslarında oxudum, o cür insanla təmasda oldum; kursumuzun rəhbəri isə böyük insan və böyük rejissor Tofiq Kazımov oldu. Bax, bu üç böyük kişinin rastıma çıxması təkcə sənət taleyimdə yox, həm də insan, şəxsiyyət kimi formalaşmağımda çox ciddi rol oynadı...
(Bunu I kadrın II dubluna
montaj
edək)III Kadr, I DublSəməd
Vurğunun
adını
daşıyan
Rus
Dram
Teatrının
aparıcı
aktyoru
Fuad
Poladov. Qəribə
deyil? SəmədVurğun
və
Rusdram; Fuad
Poladov
və
Rusdram!Taleyin ironiyasıdır, yoxsa, qəzavü-qədər?- Həə… («Xan»ın gülülüşü…) Buna elə qəzavü-qədər də demək olar, taleyin ironiyası da. Amma bu taleyə minnətdaram.
- Ciddi deyirsiz?
- Tam səmimi deyirəm. Mən Azdramdan ayrılanda fikirləşmədim ki, məhz Rusdrama getməliyəm. Sadəcə olaraq, bir yerə getməliydim.
- Niyə məhz Rusdram?
- Başqası yox idi – Opera, ya Muskomediyaya gedəsi deyildim ki! İki seçimim vardı: Gənc Tamaşaçılar və bura!
- Bütün hallarda seçim vardı…
- İllərlə Akademik Dram Teatrında işləmiş adam kimi Gənc Tamaşaçılar Teatrına necə gedəydim? Təsəvvür elə ki, sənin mədən ciddi və ağır yeməklərə öyrəşib; birdən-birə sənə «mannı» versələr, necə olar?
- Mütləq getməliydinizmi?
- Dayanıb haçansa rol alacağımı gözləyə və passivləşə bilməzdim. Rus Dram Teatrında isə şərait vardı.
- Doğrusu, mənə elə gəlir ki, sizin diliniz və səsiniz də bizimdir. Rusdillilər bu səsi və dili özününkü edə bildilər?
- Dil baryeri vardı, amma mən əziyyətdən çəkinən deyiləm, axı…
II Dubl- Hərdən düşünürəm ki, siz «şəriksiz avtoritetlik» istəyinə görə Rusdramı seçmisiz və Azdramdakı nüfuz bölüşməsindən ehtiyatlanmısınız…
- Yox. Azdramdakı 20 illik fəaliyyətimdə çox böyük aktyorlarla işləmişəm. Əgər o boyda aktyorların arasında öz yerimi tutmuşdumsa, mənə heç bir qorxu ola bilməzdi. Əksinə, burda (Rusdramda) – truppası, komandası formalaşmış, özlərini təsdiqləmiş bir mühitdə o qorxu vardı.
- Bu təhlükəni adladığınıza isə şübhə ola bilməz…
IV Kadr, I DublFuad
Poladov
mənim
uşaqlıq
yaddaşıma «Alov» tamaşasındakı
obrazı
ilə
həkk
olunmuşdu. Olduqca
canlıyaradılan
bu
obraz
İmmanuel
Kantdan
tamaşa
boyu
sitatlar
gətirirdi – əlbəttə
ki, özünü
gözə
soxmaq, savadlı
olduğunu
nümayiş
etdirmək
üçün. Yadınızdadır?Doğrusu, mənim Kanta ilk marağım bu tamaşadan sonra yaranmışdı.- Fuad müəllim, «Məşhur alman filosofu İmmanuel Kantın Transsendental fəlsəfəsi» ilə tanışsınız?
- (gülür) O rolu oynamaq mənə tapşırılanda maraqlandım Kantla.
- Nə tapdınız?
- Heç nə, çünki nəsə axtarmırdım… Mənə obrazımın səviyyəsində Kantla tanışlıq lazım idi.
- Daha artığını niyə öyrənmədiniz?
- Onda obrazı yarada bilməzdim.
- İlkin tanışlıqdan sonra Kant sizi doğrudanmı çəkmədi?
- Həə… Kantı mədəniyyət səviyyəsində öyrənmək istəyim obrazı oynayandan sonra yarandı. Nümunə olan həyatı, təbiət qanunları ilə nəfəs alması, yeni cərəyan yaratması ilə maraqlandım.
II Dubl- Bir Türkiyə yazarı varmış, Necdet Sevinc, tanıyırsınız?
- Əlbəttə. Bizim oynadığımız «Fatehlərin Divanı» pyesinin müəllifidir.
- Güman edirdim, bilməyəcəksiniz... Necdet Sevinçin «Duruşmalar» pyesi əsasında Mövlud Süleymanlı «Fatehlərin Divanı» telefilminin ssenarisini yazıb. Oxumuşdunuz o pyesi?
- Yox. Heç bilmirdim ki, bu ssenari «Duruşmalar»ın əsasında yazılıb. Rejissorlar bizə deməmişdi. Obrazı yaradarkən bunu təsadüfən öyrəndim, pyesi oxumaq istədim, heç yerdən tapa bilmədim, rejissorlarda da yox idi.
III Dubl- Əsasən, üç Teymur obrazımız var: Yusif Vəliyev «Nəsimi» filmində Teymurləngi, Hamlet Xanızadə «Topal Teymur»da Topal Teymuru, Fuad Poladov «Fatehlərin Divanı»nda Əmir Teymuru oynayıb. Yusif Vəliyev və Hamlet Xanızadə kimi nəhəng aktyorlardan sonra daha bir nəhəng aktyorumuz Fuad Poladov Teymur obrazını necə fərqləndirdi? Kimdir «Əmir Teymur» – Vəliyev, Xanızadə, yoxsa Poladov?
- Teymur obrazı mənə tapşırılanda qarşımda duran ilk sual elə bu idi: iki böyük aktyorumuzdan sonra mən necə fərqləndirə bilərəm bu obrazı? Çünki hər iki şəxs bu obraza öz möhürünü vurmuşdu. Düşündüm və qərar verdim: Mən Teymurləng və Topal Teymuru yox, məhz Əmir Teymuru yaratmalıyam. Buna nail ola bilsəydim, Teymur obrazını fərqləndirəcəkdim.
- İndi sizdən soruşsam ki, buna nail oldunuzmu, deyəcəksiniz ki, onu tamaşaçılar deməlidir…
- Doğrudur.
IV Dubl- Müsahibə verməyə meyilli deyilsiniz. Amma azsaylı müsahibələrinizdən birində belə bir söz demişdiniz ki, mən yaratdığım obrazlara baxmıram, xüsusilə filmlərə. Çünki baxanda «bunu bir ayrı cür etsəydim, daha yaxşı olardı» narahatlığını yaşayıram. Əmir Teymur obrazına baxdınızmı?
- Baxdım.
- Niyə o biri rollarınızdan fərqləndirib buna baxdınız?
- Mən Teymurləngi və Topal Teymuru görmüşdüm, Əmir Teymura da baxmalıydım…
- Hansı yerdə ürəyinizdən keçdi ki, burda gərək belə yox, başqa cür oynayaydım? Axı, bu, sizin xarakterinizdir, özünüz demisiniz!
- Konkretləşdirmək istəməzdim. Bu, həmişə məndə olub, var və olacaq. Hesab edirəm ki, özünü tənqid olmasa, adam yerində sayar.
V Dubl- Əmir Teymur necə şəxsiyyət olub?
- Ziddiyyətli. Bilirsiz, mən bir çox böyük tarixi şəxsiyyəti – Sezarı, Napaleonu və s. – oynamışam. Onlar bəzi məqamlarda özlərini allahlaşdırıblar…
- Və bu rolları siz duyub, yaşayıb yaradırsınız?
- Bəli.
- Allah eləməmiş, birdən sizdə də allahlıq duyğusu yaranar…
- Yox, nə danışırsan? Bu, onların yanlışlığıdır və mən o məqamı nöqsan kimi göstərməyə çalışıram…
- Yeri gəlmişkən, Allah obrazı sizə tapşırılsaydı, oynayardınız?
- Əstafurullah! İnsanın bacarıb-bacarmadığı işlər var da. Birinci növbədə düşünməlisən ki, bu, mümkündürmü? Məncə, dediyiniz obrazı yaratmaq mümkün deyil.
- Niyə? Hər birimizdə Allahdan bir parça, damla var. Üstəlik, mütaliə, müşahidə imkanları da yox deyil: Nəsimi «Ənəlhəqq» deyirdi, dövrümüzdə də Allahın səlahiyyətlərinə müdaxilə edənlər kefiniz istəyən qədərdir…
- Amma Allah deyillər ki? Siz dediklərinizi mən diktator obrazlarında verirəm…
- Allaha çox inanırsınız, deyəsən…
- İbadət eləmirəm, amma böyük bir ilahi qüvvənin mövcudluğuna inanıram.
- Hiss eləmisiniz O Qüvvəni?
- Dəfələrlə. Ən çətin, ən ağır məqamlarımda hiss etmişəm.
- Maşallah olmasın, sizin də ağır məqamlarınız az olmayıb…
(Bu
kadrı
əziyyətlə
çəkdik, deyəsən… 5 dubl
bəs
edər)V Kadr- Fuad müəllim, tez-tez darıxırsınız?
- Həmişə darıxıram.
- Özünüzü necə ovudursunuz?
- Təkliyimə çəkilirəm. Əslində, mən həmişə tək olmuşam, özüm-özümlə qalanda darıxmıram.
- Öz-özünüzlə nələrdən danışırsınız?
- Ömrümü saf-çürük edirəm, özümə hesabat verirəm…
- Nələr çatışmır?
- Çox şey!
- Yəni?
- Belə olmamalıydı…
- Necə olmalıydı?
- Necə olmalıydını deyə bilsəydim, onda nə vardı ki? Bəzən deyirlər ki, bir də doğulsaydım, başqa cür yaşayardım. Amma mən bir də doğulmaq istəməzdim. Çünki mən başqa cür ola bilməzdim; mən mənə verilən ömrü, taleyi başqa cür yaşaya bilməyəcəkdim.
(Hmm. Bir
siqaret
fasiləsi
olsaydı…)VI Kadr, I Dubl- Sizin həm də yaxşı şeir deməyiniz, poeziya duyumunuz var.
- Yox, mən qiraətçi deyiləm. Amma bəzən deyirəm və deyəsən, pis alınmır.
- Tək qalanda özünüz-özünüzə hansı şeiri pıçıldayır, hansı misranı xatırlayırsız?
- (Uzun bir pauza…)
- Yaxşı, istəmirsinizsə, deməyə bilərsiniz…
- Tərəddüdümün səbəbi başqadır. Yalan danışmaq istəmirəm, tez-tez xatırladığım o şeir ruscadır. Mənası belədir:
(Şeiri
dodaqaltı
deyə-deyə
sətri
tərcüməyə
çalışır) Evdə təkdi, pəncərədən baxır, əvvəlki kimi görmür həyəti, pəncərənin qırağındakı hörümçək torlarını görür. İnsanlara müraciət eləyir, «bəlkə də səhvlərim çox olub, bəlkə də bu həyatı belə yaşamamalıydım – deyir, - mən başqa cür ola bilmədiyim üçün yaşımın bu çağında diz çöküb günahlarımı yumağı bacarmıram, çünki o səhvlərimi düzəltmək üçün o yaşa qayıda bilmərəm, axı… Artıq pəncərə arxasında olan insanlara qarışmaq istəməməklə barışmaqdan başqa çarə yoxdur…
O`Henri hekayələrinin birində deyir ki, məsələ bizim getdiyimiz yolda deyil, bizi içəridən o yolu getməyə vadar edən səbəbdədir. Yolun əvvəlinə qayıtma fürsəti yaransa belə, həmin daxili səbəb yenə də bu ömrü əvvəl yaşadığın kimi yaşamağa vadar edəcək…
II Dubl- Bu qədər qaynar həyatın içində təkliyə necə çəkilirsiniz?
- Mən özümə qapanmağı yaxşı bacarıram. Sanki bir skafandr, qılaf geyinirəm və ətrafımda olanlar təkliyimə mane olmur… Ayaqla gəzməyi çox sevirəm, ictimai nəqliyyatdan istifadə edirəm. Yəni insanların içində olmağıma baxmayaraq, çox rahatlıqla özümə qapanıram.
- Hansı musiqi ovqatınızın təlx vaxtı, təklik zamanı sizin dadınıza çatır, dodaqaltı zümzümə edirsiniz?
- Konkret bir musiqi yoxdur. Hər günün öz ovqatı olur – səhərin açılmağından, yuxudan durmağımdan asılıdır. Bir də görürsən özümdən asılı olmadan nəyisə mızıldayıram və bu musiqi mənim həmin günlərimin şəklini əks etdirir.
- Bugünkü ovqatınızın mahnısı varmı?
- Son bir həftədi ancaq bu mahnını mızıldayıram: «Gün gələr, bu acılar keçər…» O gün qeyri-ixtiyari mızıldadığım bu mahnının sözlərinə diqqət elədim: niyə məhz bunu oxuyuram öz-özümə? Düşündüm ki, bu mahnı günümün, ya həftəmin anonsudur. Ancaq bu gün fikirləşdim ki, «bu acılar keçər» o demək deyil ki, yaxşı günlər gələcək; o deməkdir ki, bu acılar sən bu dünyada olmayanda, ömrünlə birgə keçəcək, yəni bitəcək… O acı varsa, sən onu daşıyırsansa, səndən əl çəkən deyil. Olmayanda da axtarıb acını, ağrını tapırsan, çünki arsız deyilsən, hər şey sənə təsir edir, ürəyinə toxunur.
- Bu acılar şəxsi müstəvidədir?
- Yox, həm ictimai, həm də mənəvi müstəvidədir. Öz rahatlığın üçün gözünün önündə olan ədalətsizliklərə göz yummaq olarmı?
VII kadr, I Dubl- Sonuncu dəfə nə vaxt və hansı kitabı oxumusunuz?
- Bir neçə gün öncə Kamal Abdullanın «Sehrbazlar dərəsi» adlı kitabını oxudum. Onun bir romanı da var, «Unutmağa kimsə yox…», onu da oxuyacam…
- Yəqin dostunuzdu, ona görə oxuyursunuz.
- Kamal Abdulla? Yox, dost deyilik, sadəcə, bir-iki yerdə o kitablarla bağlı məqalələr oxudum, marağımı çəkdi, başladım axtarmağa. Ancaq tapa bilmədim bu romanları, özünə dedim, göndərdi. Xüsusi olaraq ədəbiyyatı izləməsəm də, vaxtaşırı oxuyuram.
- Necə əsərdi «Sehrbazlar dərəsi»?
- Kamal Abdullanın dili, düşüncə tərzi çox xoşuma gəlir. Hesab edirəm ki, çox orijinal təfəkkürə malik bir yazıçıdır.
- «Sehrbazlar dərəsi»ndə sehrbazların qoruduğu, qarın-boranın nüfuz etmədiyi bir dərə - ada var. O, nə adadır elə?
- İnsanın öz daxili adasıdır da…
- Sizin adanıza da qar-boran nüfuz etmir, «uzaq-yaşıl» adadır, onu hamıdan və hər şeydən qoruya bilir və o yaşıllıqda rahat gəzirsiz?
- Yox, mənim adamda qar da, boran, çovğun, şaxta da, tufan da var; mənim adamdan pislər də keçib, yaxşılar da. Gördüyüm, yaşadığım bu təlatümlər oynadığım rollarda özünü göstərir.
II Dubl- Azərbaycan ədəbiyyatından daha kimləri oxumusunuz və oxuyursunuz?
- Çoxusunu. Məmməd Səid Ordubadi, İsa Hüseynov… «60-cıların», dostum Seyran Səxavətin demək olar ki, bütün əsərlərini...
- Deməli, Anarın bütün yaradıcılığına bələdsiniz.
- Hə.
- «Beşmərtəbəli evin altıncı mərtəbəsi»ndəki Zauru da oynamısınız. Zaur necə obrazdı?
- Anar onu təxəyyülündən yazmayıb ki! 60-cı illərdə şəhər mühitində yaşayan gənclərin ümumiləşmiş obrazıdır Zaur.
- Fəxrəddin Manafovun oynadığı Zaur obrazını necə qiymətləndirirsiniz?
- Mən tamam ayrı Zaur oynamışam, filmdə isə başqa Zaurun təqdim edildiyini gördüm. Yəqin rejissor belə məsləhət bilib.
- Məhz Anarın yaratdığı Zauru kim oynayıb?
- Axı, mən həmin dövrün gənclərindənəm! Yəni Anarın yaratdığı obrazda məndən də nəsə vardı.
- Beləliklə, siz Zauru daha yaxşı «tanıyırdınız»?
- Şübhəsiz.
VIII kadr- Əlamətlərə inanırsınız?
- Elə xüsusi inamım yoxdu. Ancaq baxırsan ki, qarşımdan pişik keçəndə qeyri-ixtiyari dayanıram. Elə bil, məndən asılı olmayan qüvvənin diqtəsidir. Yəni əlamətlərə biganəyəm desəm, yalan olar.
- 6-cı otaqda oturmusunuz. Niyə?
- «666» deyil ki?
- Mən demədim ki, «666»-dır. 6 rəqəmi ilə bağlı soruşdum.
- Doğrusu, heç ona diqqət eləməmişəm. Amma bir söz deyim: mənim ən çox sevdiyim rəqəm 13-dür.
- Niyə?
- Bilmirəm. Mənə elə gəlir ki, bu rəqəm mənə düşür.
- Deyirlər, 13 rəqəmi tərs adamlara düşür. Sizin haqqınızda da tərs, inadkar təyinləri var…
- Bu, xarakterdir, vallah, inad, iki ayağını bir başmağa dirəmək deyil. Bayaq bir misal gətirdim ki, hərənin içindən getdiyi yolu diktə edən bir səbəb var, mənim də daxili diktəm belədir.
IX kadr, I Dubl- Gec evlənmisiniz. Bir ayrı səbəbləri barədə məlumatımız var. Amma…
- Mənimçün ailə çox ciddi, müqəddəs bir anlamdır. Ailəyə öz münasibətim, baxışım var, ona görə evlənmək xatirinə evlənmək istəmirdim. Ola bilərdi ki, indiyə qədər ailə qurmazdım. Yəni istədiyimi tapmasaydım, indiyə qədər subay idim. Amma bunu da inada yozmayın…
- Sokratdan soruşurlar ki, evlənim, yoxsa ömrü boyu subay qalım? Deyir, özün bil, onsuz da hər ikisində peşman olacaqsan. Siz də deyəsən, sonacan dözə bilmədiniz, evlənib peşman olanların sırasına qoşuldunuz…
- (gülür) Bir maraqlı söz də var: deyir, it kimi yaşayıb, insan kimi ölmək istəyirsənsə, evlən, yox, insan kimi yaşayıb, it kimi ölmək istəyirsənsə, evlənmə…
- Əlbəttə, it kimi ölməkdənsə, it kimi yaşamaq yaxşıdır.
II Dubl- Fuad müəllim, sizi istəyən, istəməyən, tanıyan, tanımayan çox adamlardan illərdi ancaq eyni rəy eşitdim: Fuad Poladov böyük aktyor, yaxşı insan, maraqlı adamdır. Doğrusu, adam bir az da əsəbiləşir: xeyir olsun, pul-parasınız ki, hamı sizi beləcə qəbul edir? Niyə haqqınızda pis söz deyən tapılmır?
- Vallah, ilk dəfədir ki, belə birmənalı rəylə qarşılaşıram… Deyə bilmərəm bunun səbəbi nədir. Ola bilsin, yaşımızın o çağıdır ki, artıq etiraflar başlayıb. Rəhmətlik Eldəniz Zeynalovun bir sözü vardı ki, axşam evə gəlib yorğanı başına çəkəndən sonra sözün əsl mənasında özün olursan, amma səhər yuxudan duranda həmişəki adama çevrilirsən.
- Mən onların heç birini yorğan altında tutub danışdırmamışam…
- (Gülüş xeyli çəkir)… Demək istədim ki, yəqin, bütün adamlarla «özü olanda» söhbətləşmisən.
- Bunu qəbul etdim – onların bir çoxu doğrudan da «ömrün axşam çağını», «evə qayıdan illəri» yaşayırlar…
X kadr, I Dubl- Öz sənət yoldaşlarınız arasında ən yaxın dostunuz kimlərdir?
- İki dostum olub: teatrda Kamal Xudaverdiyev, «Azərbaycanfilm»də Ceyhun Mirzəyev. Allah hər ikisinə rəhmət eləsin.
II Dubl- Fuad müəllim, yaşınız az deyil, yaratdıqlarınız da bir yox, bir neçə ömrə bəs edər. Bəs, niyə mənə elə gəlir ki, siz heç bir halda çəkilib, dəbdə olan sözlə desək, «gənclərə yer» verməməlisiniz? Sizcə, etmədiyiniz nələr qalıb ki, biz şüuraltı olaraq, onu gözləyirik?
- Bu yaxınlarda ANS-in bəyəndiyim proqramlarından olan «Keçmişə salam» verilişinə dəvət aldım. Zəng vurdular ki, sizi çəkmək istəyirik. Dərhal imtina elədim. Dedim, mən keçmişə yox, gələcəyə salam vermək istəyirəm, çünki deyiləsi o qədər sözüm var ki! Mən heç yolun yarısında da deyiləm…
Yəqin ki, bu söhbətdə sualınıza cavab tapdınız.
III Dubl- Öz obrazınızı bir neçə cümləylə cıza bilərsinizmi?
- Mən öz obrazımı necə cıza bilərəm, axı! Düz iki saatdır, söhbət edirik. Siz cızmalısınız, mən oxumalıyam…
Mən
niyə
cızıram? Hansı
rejissor
öz
filmini
və
qəhrəmanını
mənfi
təqdim
edər? Bu
obraza
seyrçilər
özləriqiymət
versin.Xeyli «çiy material»ım da var, Fuad Poladovun obrazını bütövləşdirmək üçün onları vermək, qorumaq üçün verməmək daha yaxşıdır.Ona görə də «xam materialın» özünü yox, xəbərini verirəm: ömür boyu həyat səhnəsində rol oynayanlardan da danışdıq…Vay-vay, az qala yadımdan çıxacaqdı:- Fuad müəllim, mən kimlə söhbət etdim: Fuad Poladovla, yoxsa Fuad Poladovun yaratdığı obrazla?
- Onu da özünüz müəyyənləşdirin.
- Axı, siz çox yaxşı aktyorsunuz, yaratdığınız bütün obrazlarınız elə canlıdır ki, seçmək olmur…
- Onda yardım edim: obrazlarımı üstümdə gəzdirmirəm, elə səhnədəcə qoyub çıxıram; bəzilərindən fərqli olaraq, həyatla səhnəni qarışdırmıram. Mən həyatda həddindən artıq inanan adamam…
- Sadəlövhlükdəndir?
- Yox, mən sadəlövh adam deyiləm. Sadəcə inam mühitinin böyüməsini istəyirəm – sənə inanıram ki, sən də mənə inanasan. Amma… Tez-tez daşa dəyir istəyim və bu da tənhalığa gətirib çıxarır.
(Son)May, 2012-ci il.\\Axar.az