Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Arxa cəbhədən ÖN CƏBHƏYƏ DƏSTƏK – FOTO

 

Şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri yaddaşlardan silinmir. Amma unutmaq olmaz ki, azərbaycanlılar arxa cəbhədə də var gücləri ilə çalışırlar.


Xatırladaq ki, Ermənistan silahlı qüvvələri sentyabrın 27-si, saat 06:00-dan ölkəmizin cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutub. Yaşayış ərazilərinin intensiv atəşə tutulması nəticəsində bir çox infrastruktur obyektlərinə ciddi ziyan vurmuşdur. Azərbaycan isə beynəlxalq səviyyədə tanınan torpaqlarını işğalçıların əlindən azad etmək uğrunda mübarizə aparır.

Gender.az bildirir ki, ölkəmizin tarixində və taleyində həlledici olan bu döyüş günlərində M.Nəcəfov adına 86 №-li tam orta məktəbin kollektivi yaranan vəziyyətə biganə qalmayıb. Əsgərlər arasında hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbin direktoru Cavid Əliyev, tarix müəllimi Əfqan Əsgərov, Uşaq Birliyi rəhbəri Məsmə Nəcəfova cəbhəboyu zonada yerləşən N saylı hərbi hissədə əsgərlərimizlə görüşmüşlər. Vətənimizə və ordumuza həmrəylik ifadəsi olaraq, məktəbin müəllim kollektivi və valideynlərin təşkilatçılığı ilə səngərlərimizi möhkəmləndirmək üçün hərbi hissəyə 3 yük maşını mişar daşı aparmışlar.



 

Onlar hərbiçilərlə görüş zamanı əsgərlərimizin döyüş ruhunun nə qədər yüksək olduğunu müşahidə etmiş və əsgərlərimizin çox qürurlu, əzəmətli, döyüşə hazırlıqlı gördüklərini xüsusilə vurğulamışlar.

Qeyd edək ki, 86 №-li tam orta məktəbin şagirdləri tərəfindən yazılan 500-dən çox “Əsgərə Salam” məktubları əsgərlərimizə çatdırılmışdır. Aparılan əsgər payı hərbi hissə komandirinə təhvil verilmişdir.


 
 
M.Nəcəfov adına 86№-li tam orta məktəbin kollektivi Hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif edilmiş və Ali Baş Komandanın əmri ilə bir qarış da olsun torpağımızın düşmən tapdağında qalmayacağını bildirmişdir.

 
 
Belə səfərlər həm hərbi hissələrin şəxsi heyətinin, həm də yerli əhalinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində müstəsna rol oynayacaq. Hazırda, əsgərlərdə yüksək döyüş ruhu var. Onların ruh yüksəkliyinə diqqət edək, öz dəstəyimizlə onları bir az da ruhlandıraq. Hamılıqla “Qarabağ Azərbaycandır!”, - deyək.

Mətanət İmanquliyeva  
Gender.az
Tarix: 09 oktyabr 2020
Baxış: 7439

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş