Xəbər lenti
Reklam
Kişi “görmürsən, əlimdə işim var...” deyən arvadını uşaqlarının gözü qarşısında öldürdü

Şəki Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayonundaarvadını öldürməkdə təqsirləndirilən Şakir Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Qeyd: 2021-ci il oktyabrın 1-də rayon sakini Səkinə Cəfərovanın yaşadığı evdə qəsdən öldürülüb.
İstintaqla zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü Şakir Cəfərovun şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı azyaşlı uşaqlarının gözü qarşısında təpik və yumruqla sağlamlığa ağır zərər vuran çoxsaylı bədən xəsarətləri yetirərək Səkinə Cəfərovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Şakir Cəfərova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Şakir Cəfərov orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ailə üzvləri ilə birlikdə yaşadığı Şamaxı şəhəri, Salman Mümtaz küçəsi, ev 50 ünvanına gələrək yaşadığı evin həyətinin giriş qapılarını döysə də, qapını açan olmadığından hasardan həyətə düşüb. Daha sonra o, arvadı Səkinə Cəfərovanın hamam otağından çıxdığını görüb qapını açmamasına görə ona iradını bildirərək mübahisə etməyə başlayıb. Qadın isə ona “görmürsən əlimdə işim var” deyə cavab verib. Şakir buna əsəbiləşərək qisas niyyəti ilə arvadını qəsdən öldürmək qərarına gəlib. Bu məqsədlə əvvəlcə evin giriş qapısının qarşısında, daha sonra isə aynabənd adlanan qonaq otağında yumruq və şillə ilə qadının sifət nahiyəsinə zərbələr vurub. Digər otaqdan səs-küyə həmin azyaşlı uşaqları gəlib. O, uşaqlarının üstünə qışqıraraq onları yenidən yataq otağına salıb. Uşaqlar analarının qışqırıq səsindən döyülməsini yenidən eşidiblər. Nəticədə Şakir arvadını döyə-döyə öldürüb. \\Pravda.az

Tarix: 18 iyul 2022
Baxış: 467

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş