Xəbər lenti
Reklam
Lənkəranda DƏHŞƏT - Ər arvadını baltaladı

Lənkəranda ər arvadına və özünə xəsarət yetirib.
Gender.az xəbər verir ki, hadisə rayonun Mamusta kəndində baş verib. Kənd sakini 1955-ci il təvəllüdlü Şahəddin Bayram oğlu Məlikovun əvvəlcə həyat yoldaşı, 1952-ci il təvəllüdlü Xanımqız Həsən qızı Məlikovaya, daha sonra özünə balta ilə xəsarət yetirdiyi bildirilir. Hər iki şəxs Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər X.Məlikovaya başın kəsilmiş yarası, sol mil sümüyünün qəlpəli sınığı, Ş.Məlikova isə hər iki saidin, döş qəfəsinin, boyunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.
Ş.Məlikov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. (APA)

Tarix: 05 mart 2024
Baxış: 159

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş