Korrupsionerlərin sərvətini KASIBLARA PAYLAYACAQLAR
Meksika hökuməti maraqlı qərar qəbul edib. Korrupsionerlərin mülkiyyətini və avtomobillərini hərracda sataraq kasıblara paylayacaqlar.
Proqram “Robin Qud” adlanır. Hərracdan daxil olacaq vəsait sosial layihələrə yönəldiləcək. Ölkə prezidenti Andres Manuel Lopes Obrador müsadirə olan pulların yalnız kasıblara veriləcəyini deyib.
Andres Manuel Lopes Obrador | Foto: Getty Images
İlk hərrac mayın 26-da Los-Pinosdakı prezident iqamətgahında baş tutacaq. “Lamborghini Murciélago”, “Mercedes-Benz”, “Chevrolet”, “Posche” markalarından 82 avtomobil satışa çıxarılacaq. İlkin qiymətin 1,5 milyon dollar olduğu bildirilir.
Hərracda daha üç villa təklif olunacaq. Bunlardan biri siyasətçinin əlindən alınıb. Müxalifət iqtidarın aksiyasını populizm adlandırıb. \\Bizimyol.info
Tarix: 24 may 2019
Baxış: 531
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş