Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
80 nömrəli tam orta məktəbin 50 illik yubileyi QEYD EDİLDİ
04.10.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən N.İsmayılov adına 80 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” və N.İsmayılov adına 80 nömrəli tam orta məktəbin 50 illik yubileyi qeyd edildi.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Çingiz Kiçibəyov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, rayonda fəaliyyət göstərən tam orta məktəblərin direktorları, 80 nömrəli tam orta məktəbin direktor və müəllim heyəti, məktəbin fəxri məzunları və digər qonaqlar iştirak edirdilər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə davam edən N.İsmayılov adına 80 nömrəli tam orta məktəbin direktoru İlahə Axundova qonaqları salamlayaraq məktəbin tarixi barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, 1969 - cu ildə Ulu öndər Heydər Əliyevin sərəncamı ilə yeni tikilmiş 80 nömrəli tam orta məktəb sırf milli məktəb kimi fəaliyyətə başladı. Bu illər ərzində məktəbin müəllim və şagird heyətinin bir sıra uğurlar əldə etdiyini qeyd edən İ.Axundova 2010 - cu ildə Təhsil Nazirliyi tərəfindən keçirilən "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində məktəbin qalib olduğunu vurğuladı.

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxışı zamanı “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə müəllimləri təbrik edərək bildirdi ki, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Ölkəmizdə isə bu bayramın 1993-cü ildən etibarən Ulu öndər Heydər Əliyevin sərəncamı ilə qeyd olunmağa başladığını vurğulayan R.Fərəcova müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı rolunun daim diqqət mərkəzində olduğunu qeyd etdi.

Çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Çingiz Kiçibəyovməhz müəllimlərin uşaq və gəncləri vətənə məhəbbət ruhunda tərbiyə etdiyini, onları vətənin müdafiəsinə hazırladığını qeyd edərək, xalqın gələcəyinin müəllimlərin əsas silahı olan bilikdən asılı olduğunu bildirdilər.

Sonra N.İsmayılov adına 80 nömrəli tam orta məktəbin 50 illik fəaliyyəti və məktəbin inkişafında əvəzsiz xidmətləri olan Raisə Tahirovanın həyat və yaradıcılığına həsr olunmuş videoçarxlar nümayiş olundu.

Tədbir məktəbin fəxri məzunları tərəfindən hazırlanan xüsusi çıxışlar ilə davam etdi.

Mövzuya dair fotomateriallar:

 







 




Gender.az
Mətanət İmanquliyeva
Tarix: 07 oktyabr 2019
Baxış: 1 406

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş