Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Məktəb direktorları valideynlərlə sövdələşir - AÇIQLAMA

"Orta məktəblərdə hazırda təhlükəsizlik xidmətlərini genişləndirirlər. Ancaq məsələ burasındadır ki, məktəbin özündə daxili problemlər var. Həmin problemlərdən ən əsası da kütləvi şəkildə dərsdən yayınma hallarıdır. Fikrimcə, dərsdən yayınma halları çox olan halda təhlükəsizlik tədbirləri həmin neqativ halların qarşısını ala bilmir".
Gender.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, təhsil üzrə ekspert Etibar Əliyev deyib.

Deputat bildirib ki, əsasən 10-11-ci sinif şagirdləri kütləvi şəkildə dərsdən yayınırlar: 
"Buna da məktəb direktorları bilərəkdən göz yumurlar. Burada külli miqdarda vəsaitdən söhbət gedir. Beləki, direktorlar şagirdlərin valideynləri ilə sövdələşirlər. Şagird isə məktəbdə olmadıqda ona məktəbin də, valideyinin də nəzarəti itir. Birinci bunun qarşısını almaq lazımdır. Digər tərəfdən xüsusən 10-11-ci sinif şagirdləri dərs zamanı məktəbdə yoxdursa, deməli onlar istənilən təsir altına düşə bilərlər. Bütün dövrlərdə məktəbdə tədris, təlim-tərbiyə, fiziki hazırlıq uşaqları neqativə yönəlməkdən qoruyub. Biz əgər uşaqların dərsdən yayınma hallarının qarşısını ala bilməyəcəyiksə, yuxarı siniflərdə neqativ halların qarşısını almaqda aciz qalacağıq. Bunun üçün valideyinlər, xüsusilə məktəb rəhbərliyi məsuliyyət daşıyır".
E.Əliyev vurğulayıb ki, son dövrlər məktəblərə təyin olunan direktorların böyük əksəriyyəti yerində olmayan şəxslərdir: 
"Onlar valideynləri inandırmağa çalışırlar ki, şagirdlər yalnız kənarda, yəni repititorlar yanında təhsil aldıqları halda ali məktəblərə qəbul ola bilərlər. Bütün bunlar narkomaniya yönəlmək kimi böyük problemin də yaranmasında əsas rol oynayır. Valideyn hesab edir ki, övladı filan vaxt məktəbdədir. Lakin məktəbdənyayınma halı olarsa, valideyn proqnozlaşdıra bilmir ki, uşağı haradadır. Yəni, məktəbə davamiyyətlə bağlı nizam-intizamın pozulması narkomaniyaya, uşaq cinayətlərinin çoxalmasına gətirib çıxarır. Bütün bu problemlərin yeganə həlli şagirdləri məktəbə qaytarmaqdır. Qətiyyən uşaqların məktəbdən yayınmağına imkan vermək olmaz. Gəncliyimizi qorumaq üçün bizim əsas qayəmiz onların məktəbə qayıtmasıdır, bunun başqa bir yolu yoxdur".

Tarix: 23 may 2022
Baxış: 812

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş