Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Övladları təhsil alan valideynlərə XƏBƏRDARLIQ: Azərbaycanda 12 yaşdan yuxarı uşaqlar

Artıq kabusa çevrilən koronavirusun qarşısını almaq üçün uşaqların da peyvəndlənməsini məsləhət görür, bəzi ölkələr bunu həyata keçirirlər.
Kanada vaksini yaşı 12 və yuxarı olanlara tətbiq edən ilk ölkə olub. ABŞ-ın Ərzaq və Dərman Administrasiyası (FDA) COVID-19-a qarşı "Pfizer-BioNTech" vaksininin 12-15 yaşlılara vurulmasına fövqəladə icazə verib. Bu səbəblə "Pfizer-BioNTech" çoxsaylı ölkələrdə 16 yaşlılara da vurulur. Azərbaycanda qarşıdan yeni tədris ili gəlir. Şagırdlərin virusdan qorunma üsüllları, yeni profilaktik qaydaların necə aparılacağı diqqət mərkəzindədir.
Yaxud da böyük kütləni əhatə edən şagird kontingentinin koronavirusdan qorunması üçün digər vaksinasiyası aparıla bilərmi?
Mövzu ilə bağlı baş pediatr Erkin Rəhimov danışıb. Baş pediatr bildirib ki, hazırda12 yaşdan yuxarı uşaqlarda peyvəndləmə təcrübəsi mövcuddur, amma bunun hələ Azərbaycanda tətbiq edilməsi mümkün deyil:
"Böyük yaşlı insanlara peyvəndin vurulması bir növ həmin uşaqların sağlamlığını da qorumuş olur. Ona görə də uşaqlarımızı virus xəstəliklərindən qorumaq üçün orqanizmində ciddi problem olmayan hər kəsin peyvəndlənmədə iştirakı lazımdır. Deyə bilərəm ki, bu, onlar üçün ən böyük dəstəkdir".
Baş pedaitr həmçinin bildirib ki, əgər uşaq 5-6 yaşından böyükdürsə, virusdan qorunmaq üçün maskanın əhəmiyyətinin yoxlanılması vacibdir:
"Maskanın necə geynilməsini, düzgün istifadəsini uşaqlara aşılamaq lazımdır. Bundan başqa, şəxsi gigiyenaya diqqətli yanaşmaq, uşaqlar arasında sosial məsafənin saxlanılması əhəmiyyətlidir. Əlləri isə ən azı 30 saniyə yumaq daha yaxşıdır"./Cebhe.info

Tarix: 28 avqust 2021
Baxış: 362

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş