Anadolu Universitetinin Bakı filialının diplomlarının tanınmamasının SƏBƏBİ AÇIQLANIB
Təhsil Nazirliyi Anadolu Universitetinin Bakı filialının diplomlarının tanınmamasının səbəblərini açıqlayıb.
Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, "Təhsil haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanununa əsasən dövlət ali təhsil müəssisələri istisna olmaqla, digər ali təhsil müəssisələri (xarici hüquqi şəxsin filialı və nümayəndəliyi daxil olmaqla) fəaliyyət göstərə bilmək üçün lisenziya almalıdır.
Qeyd olunub ki, Anadolu Universitetinin Bakı filialı İqtisadiyyat Nazirliyindən lisenziya almayıb: "Eyni zamanda bildiririk ki, Türkiyənin Anadolu Universiteti həmin ölkənin təhsil sahəsində səlahiyyətli qurumu tərəfindən akkreditə olunmuş ali təhsil müəssisələrindən hesab olunur".
Xatırladaq ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil almış 389 müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb. Bu müraciətlər aarsında Anadolu Universitetinin də adı var.
Tarix: 12 avqust 2021
Baxış: 308
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş